image-qanunla-reklam
image-ed7f0d10-28cd-49d8-9ffc-e6997ca574b0

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİ UĞURLU VƏ BALANSLIDIR!

image-lady-day-az

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİ UĞURLU VƏ BALANSLIDIR!

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlətimizin başçısı cənab İlham Əliyev, eyni zamanda, bu çağırışı da edir ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. Tarixi Zəfərimiz bu birliyin daha da möhkəmlənməsini şərtləndirdi. Hazırda yeni dünya nizamının formalaşması da öz növbəsində bu birliyə, həmrəyliyə çağırış edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni əməkdaşlıq formatlarının yaradılması, birgə addımların atılmasını zəruri edən sənədlərin imzalanması və sair günümüzün reallıqları sırasındadır. Cənab Prezident  İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi, liderlərin iştirakı ilə sənədlərin imzalanması və mətbuata bəyanatları özündə mühüm məqamları ehtiva edir. Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra – 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Siyasi və iqtisadi məsələlərlə yanaşı, Azərbaycanla Türkmənistan arasında humanitar sahədə əməkdaşlıq da xüsusi önəm daşıyır. İki xalqı birləşdirən dərin köklər, ədəbiyyat, musiqi və mədəniyyət sahəsindəki ortaq dəyərlər dövlətlərarası münasibətlərin davamlılığını təmin edir. Cənab Prezident İlham Əliyevin səfərində bu məsələlərin gündəmə gətirilməsi göstərir ki, Bakı üçün diplomatiya təkcə iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda mənəvi bağların möhkəmlənməsi də əsas hədəflərdən biridir. Azərbaycan Prezidenti Türkmənistan səfərində bir daha nümayiş etdirdi ki, ölkəmizin xarici siyasət kursu regional sabitliyə və qarşılıqlı hörmətə əsaslanır. Xəzər hövzəsində balanslı siyasət yürütmək, qonşu dövlətlərlə əməkdaşlıq etmək və qarşılıqlı maraqlar əsasında strateji tərəfdaşlıq qurmaq Azərbaycanın mövqeyini gücləndirir. Əminliklə söyləmək olar ki, bu tarixi görüş qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.  Hər 3 ölkə açıq dialoq vasitəsi ilə çoxtərəfli qarşılıqlı münasibətləri inkişaf etdirmək niyyətini ortaya qoydu. Səfərin nəticələri göstərdi ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Bu əməkdaşlıq türk dünyasının birliyinə, Avrasiya məkanında yeni nəqliyyat və enerji xəritələrinin formalaşmasına və ümumilikdə beynəlxalq münasibətlərdə yeni güc balansının yaranmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan diplomatiyasının ardıcıl və uzaqgörən siyasətinin bariz göstəricisidir.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatı aparatının mühasibi

Qalib Nağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki