image-qanunla-reklam
image-media-1751655072_b1dd2bb8f3503cc8ee4ffc87ed47cf0b-284ixf0eb6vg3rky1c95

Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir

image-lady-day-az

Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir.

Azərbaycan bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır. Vətən müharibəsində tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturlar yenidən qurulur. Xalqımız öz Liderinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzuru dirçəldir, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır. Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu xalqların rifahını düşünən, münasibətlər quran ölkədir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda reallaşdırılan möhtəşəm quruculuq çərçivəsində növbəti layihələr üzrə açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bölgənin dirçəlişində yeni nailiyyətləri dünyaya nümayiş etdirir. Bu hadisələr güclü siyasi iradənin və strateji baxışın növbəti təntənəsi, ölkəmizin davamlı artan iqtisadi gücünün bariz təzahürüdür.

Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri uğurla həyata keçirilir. Cənab Prezidentimiz  Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışını etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Xankəndi tikiş fabrikinin qurulması iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib.

Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes, Ağdamda Gənclər, Laçında isə Qadınlar forumları təşkil edilmişdir. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam edir. 2026-cı il üçün Şuşa şəhəri “ECO-nun Turizm paytaxtı” elan edilib. Ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

Xankəndidə keçirilən toplantı həm də dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə yönəldir. Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır. Zirvə zamanı qəbul edilən qərarlar yalnız Azərbaycan deyil, bütövlükdə region üçün strateji nəticələr verəcək. Xankəndi Zirvəsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız münaqişədən çıxmış və bərpa işləri aparan ölkə deyil. O, əməkdaşlıq yəzlaqələri quran, diplomatik balans yaradan və liderlik edən dövlətdir.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki