image-qanunla-reklam
image-img-20221102-wa0063-1152x1536

Azərbaycanın təklifləri və təşəbbüsləri prioritetdir

image-lady-day-az

Praqa formatında əldə olunan razılaşmalar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair təşəbbüslər Soçi görüşündə də təsdiq olundu. Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyev bir daha deyib: Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur Azərbaycan Qarabağ mövzusunda danışıqlar və ya müzakirələr aparmır. Təsadüfi deyil ki, Soçidə imzalanan üçtərəfli Bəyanatda da Qarabağın adı çəkilmir, hansısa status məsələsindən söhbət getmir. Məsələn, bəyanatın ikinci abzasında deyilir: “Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğumuzu təsdiq etdik. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşdıq,Göründüyü kimi, Brüssel formatında olduğu kimi, Soçidə də müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından gedir, həm də kompleks şəkildə. Sənədə əsasən, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Bu bənd göstərir ki, Ermənistan Praqada imza atdığı razılaşmanı, yəni Azərbaycanın ərazi bütövlüyünü tanıdığını Soçidə bir daha təsdiq etdi.
Bəyanatın bəndlərindən biri isə belədir: “Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək”. Burada qeyd olunan mövcud təkliflər Azərbaycanın irəli sürdüyü və bundan əvvəl Brüssel görüşlərində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması ilə bağlı müzakirələrdə əsas kimi götürülən 5 prinsipdir. Soçidə Vladimir Putinlə görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Beləliklə, Brüssel formatında olduğu kimi, Soçi görüşündə də Azərbaycanın təklifləri və təşəbbüsləri prioritetdir. Bu görüş bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı, bu ərazidə yaşayan ermənilərin məsələsinin isə Azərbaycanın daxili işi olduğu qəbul edilir.

YAP Nizami rayon təşkilatının Məsləhətçisi Aytac Məhərrəmli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki