image-qanunla-reklam
image-558996338_1360465418766566_9076305820505884684_n

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm

image-lady-day-az

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Cənab Prezidentin bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir.

Prezident cənab İlham Əliyev çıxışında bildirdi ki, bu ilin iyununda Laçında Müstəqil Dövlətlər Birliyinin “Mədəniyyət paytaxtı ili”nin açılış mərasimi keçirilib, iştirakçılar şəhərin qısa müddətdə necə dirçəlməsinin şahidi olublar. “Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”. Bu sözlər Azərbaycanın Zəfərdən sonra dirçəliş modelinin mahiyyətini çox aydın ifadə edir. Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər azad olunmuş bölgələrdə həyata keçirilən nəhəng bərpa layihələri təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də mədəni diplomatiya yönündən böyük önəm daşıyır. Müstəqil Dövlətlər Birliyinin Laçını mədəniyyət paytaxtı elan etməsi Azərbaycanın beynəlxalq imicinə, onun mədəni irsinin təbliğinə və multikultural dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir. Prezident cənab İlham Əliyevin Düşənbə platformasından verdiyi mesajlar həm siyasi uzaqgörənliyin, həm də dövlət başçısının şəxsiyyətində cəmlənmiş liderlik keyfiyyətlərinin parlaq ifadəsidir.

Emin Qazıyev – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki