image-qanunla-reklam
image-image_940x520_68e8c4e2e4203

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm

image-lady-day-az

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan işgüzar səfər edib. Tacikistana səfəri çərçivəsində oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.Ölkə Prezidenti Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan etibarən Azərbaycan və Tacikistan arasında müxtəlif səviyyələrdə rəsmi səfərlər, görüşlər və əməkdaşlıq formatları həyata keçirilmişdir. Bu səfərlər ikitərəfli əlaqələrin genişlənməsinə və strateji sahələr üzrə tərəfdaşlığın dərinləşməsinə zəmin yaratmışdır. Siyasi sahədə əməkdaşlıq sabit və etibarlı şəkildə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd edib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları olub. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edilib. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir. Tacikistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından bəri keçən müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf etmişdir. Bu münasibətlər ortaq tarixi, mədəni və dini bağlarla möhkəmlənmiş, qarşılıqlı hörmət və etimad əsasında davam etməkdədir. Cənab Prezident çıxışında vurğuladı ki, iki ölkə arasında münasibətlər yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır, həm də iqtisadi, humanitar, mədəni və təhsil sahələrində davamlı əməkdaşlıqla müşayiət olunur. Dövlət başçısı bildirdi ki, bu əməkdaşlıq qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır və böyük inkişaf potensialına malikdir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində ciddi canlanma müşahidə olunur. Bu kontekstdə Tacikistanla əlaqələr xüsusilə strateji önəm daşıyır. İkitərəfli diplomatik münasibətlər 1992-ci ildə qurulub və 2007-ci ildə Azərbaycanın Tacikistanda səfirliyi, bir il sonra Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Bu illər ərzində iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Onlardan ən əhəmiyyətlisi 2007-ci ildə bağlanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”dir. Bu sənəd iki ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın hüquqi əsaslarını müəyyən edib. kitərəfli münasibətlərin digər mühüm tərəfi iqtisadi əməkdaşlıqdır. Azərbaycan və Tacikistan arasında ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və informasiya texnologiyaları sahələrində böyük potensial mövcuddur. İki ölkənin hökumətləri tərəfindən yaradılan qarşılıqlı hökumətlərarası komissiyalar iqtisadi əlaqələrin genişlənməsini təmin edir və regional əməkdaşlığı gücləndirir. Prezident İlham Əliyev qeyd etdi ki, bu əməkdaşlıq həmçinin MDB çərçivəsində, eləcə də regional iqtisadi təşəbbüslərdə qarşılıqlı dəstək rolunu oynayır.

 

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki