image-qanunla-reklam
image-1695649622-baki-seheri-scaled

Azərbaycanın regional statusunun əhəmiyyəti durmadan artır

image-lady-day-az

Azərbaycanın regional statusunun əhəmiyyəti durmadan artır.        

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev eyni zamanda beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm öz ölkəsində, həm də dünya ictimaiyyəti arasında yüksək qiymətləndirilir. Prezident İlham Əliyev beynəlxalq aləmdə XXI əsrin liderlik nümunəsini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin möhkəm əsaslarını yaratmış Ümummilli Lider Heydər Əliyevin keçdiyi çətin və şərəfli yolu yüksək qiymətləndirməklə bərabər, həm də onun yaradıcı şəkildə inkişaf etdirməyin əsl örnəklərini nümayiş etdirir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində həyata keçirdiyi genişmiqyaslı Azərbaycançılıq siyasəti ilə xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlaması və müstəqillik dövründə ölkəmizi dağılmaqdan xilas etməsi Prezident İlham Əliyev üçün dövlətçiliyə və istiqlaliyyətə xidmət nümunəsi kimi qəbul edilir. O, böyük siyasətə və dövlət idarəçiliyinə cavan yaşlarında ikən görkəmli bir dövlət xadiminin böyük məktəbini keçərək gəlmişdir. Azərbaycan xalqının tarixinin ən məsuliyyətli anlarından biri sayılan qanlı 20 Yanvar hadisəsindən bir gün sonra Moskvadakı Azərbaycan daimi nümayəndəliyində Sovetlər İttifaqının rəhbərləri haqqında sərt bəyanatlar verərək doğma xalqını müdafiə edən Heydər Əliyevin yanında olması İlham Əliyev üçün əsl dövlət xadiminin ölkəsi və xalqı üçün bütün fədakarlıqları həyata keçirməklə qətiyyət nümayiş etdirmək baxımından dərs olmuşdur. Ümumiyyətlə, həyatının bütün məqamlarında görkəmli dövlət xadimi Heydər Əliyevin keçməkeşli və mənalı tərcümeyi-halının hadisələri və gedişlərini yaxından müşahidə etmək və dahi siyasətçini daha yaxından dinləmək imkanlarına malik olan İlham Əliyev, beləliklə, dünyaşöhrətli Heydər Əliyevin dövlətçilik məktəbindən keçərək böyük siyasətə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin simasında liderlik istedadının bütün xüsusiyyətləri cəmləşmişdir. O, əsl lider üçün zəruri olan qətiyyətli və iradəlidir. Onun ən mürəkkəb ictimai-siyasi və hərbi proseslərdə anında çox düzgün qərarlar qəbul etmək qabiliyyəti vardır. İlham Əliyev yüksək siyasi hazırlığa və geniş dünyagörüşünə malikdir. O, dünyadakı və ölkədəki prosesləri və reallıqları obyektiv şəkildə təhlil edib düzgün qiymətləndirməyi bacardığı kimi, həm də heyrət ediləcək qədər uzaqgörən siyasətçi kimi də özünü isbat etmişdir. Qeyri-adi dərəcədə hazırcavab olması onun liderlik xüsusiyyətlərindən biridir. Nəhayət, xarici dilləri mükəmməl bilməsi və ən mötəbər kürsülərdə həmin dillərin daşıyıcılarından məntiqli çıxışlar etməsi ilə də o, dəfələrlə dünya dövlətlərinin liderlərini heyrətləndirmişdir. Əsl lider üçün əhəmiyyətli olan bu xüsusiyyətlərin Prezident İlham Əliyev üçün bacarıqla rəhbərlik etdiyi müstəqil Azərbayan dövlətinə və doğma xalqına xidmət göstərməyə həsr olunması onun dövlətçilik istedadının mahiyyətini meydana qoyur. İlham Əliyev üçün xalq və dövlət bir-birini tamamlayan vahid anlayışlar olub, fəaliyyət sferasının tam əhatə dairəsini, real mahiyyətini və əsas istiqamətlərini müəyyən edir. Bütün məqamlarda müstəqil qərarlar qəbul etmək qabiliyyəti də onun dövlət xadimi kimi fərdi özünəməxsusluğunu əks etdirir.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru-Könül Rəhimova

 

 

Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasəti.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 20 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinəvə ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursuna səs verdi.Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir.

İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev göstərdiyi yüksək siyasi fəaliyyətinə görə sonra xalq tərəfindən iki dəfə də Prezident seçildi. Bu müddətdə İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Dünyanın böyü dövlətlərinin başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuza malik olmasını, ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq, əməkdaşlığa can atırlar.

İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi bu 20 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə deyir: “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekti isə cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilib.Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların    analizi göstərir ki, Azərbaycan 20 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi bu 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Davamlı inkişaf üçün yaradılmış zəmin

Müstəqil Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində yüksək nüfuza sahib olan dövlətdir. 20 il öncə-15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cənab  İlham Əliyevə səs verərək ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına yenidən etimad göstəmiş oldular. Həmçinin Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız ümummilli liderə sevgisini və inamını bir daha sübut etdi. Sonrakı tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib. Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu işlər görülüb. Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək idarəçilik qabiliyyəti, şəxsi nüfuzu, qətiyyətli və milli maraqlara söykənən siyasəti öz müsbət nəticələrini verdi. Siyasi, iqtisadi imkanlarımız daha da genişləndi. Məhz dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət strategiyasının nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri möhkəmləndi.  Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.Bölgəmizdə reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Xanım İmanova

 

 

Nəticəyönlü dövlət siyasəti

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur və bu işlər sürətlə davam edir. Ölkə başçısı qeyd etdiyi kimi “bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait  Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”.

Beləliklə əminliklə bildirmək lazımdır ki, cənab Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Nəhayət bu il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən zəruri olan tədbir – Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirildi. Azərbaycan ordusu cəmi bir gün ərzində lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı, qarşıda duran bütün vəzifələr   yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin, xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Tezliklə tarixi ədalətə söykənən bu hədəfimiz də reallığa çevriləcək və Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycana qayıdış müjdəsini xalqımıza çatdıracaq. Dövlət başçımızın bəyan etdiyi kimi, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik.

Zərdab şəhər sakini fəal gənc-Cavid Məmmədov

 

 

 

Müstəqillik tariximizin ən parlaq səhifəsi.

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev siyasətinin davamına səs verdi. Artıq həmin vaxtdan 20 il keçir. 20 il uğurlarla zəngin bir dövrdür. Dövlət başçısı İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində qeyd etmişdir ki, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev möhkəm təməl yaradıb. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma həyat yerində durmur, qarşımıza yeni vəzifələr çıxır. Azərbaycan xalqı görəcək ki, Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkənin inkişafında iqtisadi amilə xüsusi önəm verdi: “İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. İqtisadi inkişaf bütün sahələrdə uğurlu addımlara yol açır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız ən xoşbəxt xalq kimi qərarlaşır. Bu, Prezident İlham Əliyevin 20 ildə xalqa verdiyi hər bir vədinin konktret əməli işdə öz təsdiqini tapmasının nəticəsidir. Cənab İlham Əliyev jurnalistlərə ilk müsahibəsində “Gərək mən ümidləri doğruldam” çağırını etmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və ətrafında yumruq kimi birləşərək möhtəşəm uğurlara doğru inamla addımlayır. Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 0 ilin uğurlarının zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə, 3 ili isə bu ərazilərimizin yenidən qurulmasına və bərpasına həsr olunub. 17 ildə Azərbaycan hər bir sahədə gücləndi, zəngin təcrübə qazandı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Qarabağ münaqişəsinin həlli üçün  möhkəm hüquqi baza yaradıldı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın mövqeyi dəstəkləndi. Prezident İlham Əliyev ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini dünyaya bəyan etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi əsas məsələ kimi qarşıda dayanmışdır. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı: “Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.  2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Başlanan İkinci Qarabağ müharibəsi 44 gündə  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki