image-qanunla-reklam
image-529465875_1310176860462089_5563926598680654831_n

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, ora maneəsiz gediş-gəlişi təmin edən Zəngəzur dəhlizi açılmalıdır

image-lady-day-az

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, ora maneəsiz gediş-gəlişi təmin edən Zəngəzur dəhlizi açılmalıdır.

 ABŞ da imzalanmış Sülh sazişi yarandıqları vaxtdan passiv və aktiv münaqişə şəraitində yaşayan iki qonşu Qafqaz xalqları arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. Baxmayaraq ki, paraflanma hələlik yekun sülh sazişinin imzalanması demək deyil. Amma ABŞ prezidentinin şahidliyində tərəflər ən yüksək səviyyədə daimi sülhün əldə olunmasına tam razılıq vermiş olurlar. Ancaq və lakin imzalanmış bəyannamədə açıq tezislə qeyd olunur və cənab prezident İham Əliyevin də vurğuladığı kimi sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün Ermənistan rəhbərinin yerinə yetirməli bir çox ev tapşırıqları vardır. Onlardan ən vacibi Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Əbədi sülhə imza atan bir ölkənin Ana Yasasında heç bir qonşu ölkəyə heç bir ərazi iddiası da olmamalıdır. Daha sonra Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən, ora maneəsiz gediş-gəlişi təmin edən Zəngəzur dəhlizi açılmalıdır. Bizim üçün adın Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlandırılmasının elə bir fərqi yoxdur. Əsas odur ki, şimal və ya cənub küləyi oralarda əsməyəcək və buna da okeanın o tayında olan supergüc nəzarət edəcək və etibarlı təminat verəcək.

Bir faktı təkrar-təkrar xatırlatmaqda bir fayda vardır ki,  İlham Əliyev sözün hər bir mənasında qiptə edilən barmaqla sayıla bilən dahi liderdir. Böyük ədibimiz Hüseyn Cavidin qızıldan qiymətli “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü!” kəlmələri dediklərimizi əyani sübut edir. O, imza atdığı ilklərlə həm tarix yaradıb, həm də adını dünya tarixinə yazdıra bilib. Təsəvvür edə bilirsiniz, həmişə böyük güclərin 200 illik savaş meydançası olan həssas regiona həmişəlik sülh-əmin-amanlıq gətirir. Dağlıq Qarabağ və Şərqi Zəngəzuru azad etməklə ərazi bütövlüyünü, suverenliyi bərqərar edir. ATƏT-in Minsk qrupunun etməli olduğu sülhü özü gətirir, onu da “Qarabağ statusu kimi gedər-gəlməzə yola salır. Dünyanın supergüc mərkəzi ilə strateji əlaqə qurur,  “907-ci düzəliş” deyilən haqsız qərar birdəfəlik ləğv edir, və sair və ilaxır. Saymaqla bitmir. Bütün bunlar elə də asan başa gəlməyib. Ensklopedik biliyi, uzaqgörən-məqsədyönlü siyasəti, özünəməxsus lider keyfiyyətləri içərisində prinsipiallığı və özünə, xalqına və Allaha sonsuz inamı İlham Əliyevi öz məqsədlərinə çatdırmağa səbəb-nəticə olub. Doğurdanda belə lider Allahın sevimli xalqa bir lütvüdür. Allahın bəxş etdiyini sevmək bəndənin borcudur.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki