image-qanunla-reklam
image-099b08e8-5dbd-423e-9e9f-eb06f9c7b13e

AZƏRBAYCANIN ENERJİ DİPLOMATİYASININ UĞURLARI DAVAMLILIĞI İLƏ DİQQƏTDƏDİR

image-lady-day-az

AZƏRBAYCANIN ENERJİ DİPLOMATİYASININ UĞURLARI DAVAMLILIĞI İLƏ DİQQƏTDƏDİR.

Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə genişləndirməkdən məmnundur. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak etdilər. 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı hesabat dövrü ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır. 12 il əvvəl əsası qoyulan təşəbbüsün bu gün də davamlı platforma kimi fəaliyyət göstərməsi strateji baxışın düzgünlüyünü təsdiqləyir. Həmin dövrdə dialoq və qarşılıqlı etimad mexanizmi kimi formalaşan bu format indi Avrasiyanın enerji təhlükəsizliyinin mühüm koordinasiya mərkəzinə çevrilib. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın bu sahədə qazandığı möhtəşəm uğurları təsəvvürə gətirmək üçün ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azəraycanın beynəlxalq aktorlarla əməkdaşlığının coğrafiyası genişləndi.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər il ənənəvi olaraq keçirilən iclasları ölkəmizin bu sahədə qazandığı uğurlara baxış əsasında qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində öz sözünü deyir. Dünyanın enerji gündəliyinin mütəmadi olaraq Azərbaycanda müzakirə edilməsi ölkəmizin malik olduğu təcrübənin, qazandığı uğurların göstəricisidir. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, zaman keçdikcə birgə müzakirələrin əhəmiyyəti daha aydın görünür. Bu fikir təsadüfi deyil. Çünki son illər qlobal enerji bazarında müşahidə olunan kəskin dalğalanmalar, təchizat zəncirlərində yaranan qırılmalar göstərdi ki, sabit və etibarlı tərəfdaşlıq mexanizmləri olmadan enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. Azərbaycan məhz bu boşluğu dolduraraq etibarlı təchizatçı statusunu möhkəmləndirib. Cənab Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin əsas inkişaf istiqamətlərini və ən müasir texnologiyalara əsaslanan yeni enerji iqtisadiyyatının yaradıldığını faktlarla ortaya qoyub. İxrac potensialının artmasının arxasında bu sahəyə çəkilən çox böyük zəhmət, xeyli enerji və vaxtında uzaqgörənliklə yatırılmış investisiyalar dayanır. Bunun nəticəsində Azərbaycan təkcə neft-qaz ölkəsi kimi yox, həm də yaşıl enerji ölkəsi kimi tanınır. Ümumiyyətlə, müasir dövrün iqtisadi tendensiyaları, energetika sahəsində yeniliklər Azərbaycan tərəfindən daha yaxşı və daha tez qavranıb və ölkəmiz bu iqtimətdə dünyanın öndə gedən ölkələri sırasındadır. Artıq Azərbaycan həm qərb, həm də şərq ölkələrinin enerji təchizatçısı kimi çıxış edir və bu da dövlətimizin dünyada iqtisadi və siyasi nüfuzunu artırır. Bütün bunlar cənab Prezident İlham Əliyevin iqtisadi siyasəti necə uzaqgörənlik və peşəkarlıqla həyata keçirdiyinin əyani sübutudur.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki