Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, onun dünya dövlətləri tərəfindən tamınması dünyəvi proseslərdə yeniliklər yaratdı.
Münasibətlər təkcə ərazi baxımından yaxın dövlətlər arasında deyil, uzaq qitələrdə yerləşən dövlətlər arasında da yarandı. Azərbaycanla ikitərəfli münasibətlər saxlamağa maraqlı olan dövlətlər belə münasibətlərin yaranmasını xarici siyasəti üçün prioritet bildi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələ oldu. Prezident Çıonq Tan Şanqın səfəri zamanı rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdi.
Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradıldı.
2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələ oldu. Prezident Çıonq Tan Şanqın səfəri zamanı rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradıldı”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə bildirdi ki, “Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi”.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru