image-qanunla-reklam
image-4df99b11-018e-4c11-926f-d0982dc77d9b_850

Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb

image-lady-day-az

“Son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb”.

Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 0-13 yaşda olan uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliyi 2010-cu ildə 35 954 hal təşkil edirdisə, ötən il bu rəqəm 42 490 olub: “Rəqəmlərdən görünür ki, bu xəstəlikdə artım olub. 18 yaşadək uşaqlarda isə 2010-cu ildə həmin xəstəlik üzrə göstərici 45 000 təşkil edirdisə, keçən il bu rəqəm 57 592-i olub. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və düzgün qidalanmanın olmamasıdır. Uşağa yeyə biləcəyi qədər qida vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətbiq etmək lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki