image-qanunla-reklam
image-000000

Azərbaycanda qaz hasilatının artırılması istiqamətində həyata keçirilən yeni layihələr ixrac imkanlarının daha da genişlənəcəyini göstərir

image-lady-day-az

Azərbaycanda qaz hasilatının artırılması istiqamətində həyata keçirilən yeni layihələr ixrac imkanlarının daha da genişlənəcəyini göstərir

 

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüşlər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu görüşlər siyasi dialoqun intensivləşdiyini, iqtisadi əməkdaşlığın daha da genişləndiyini və enerji təhlükəsizliyi sahəsində tərəflərin ortaq maraqlarının gücləndiyini göstərən mühüm hadisə kimi qiymətləndirilir.

Dövlət başçısının bəyanatında qeyd olunduğu kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mövcuddur. Son illərdə Avropa Komissiyasının üzvlərinin Bakıya müntəzəm səfərləri, yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter alması və iqtisadi əlaqələrin genişlənməsi əməkdaşlığın dinamik inkişafını təsdiqləyir. Ticarət göstəriciləri də bunu aydın şəkildə nümayiş etdirir. Belə ki, cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən yarısının Avropa İttifaqının payına düşməsi bu əlaqələrin iqtisadi baxımdan nə qədər mühüm olduğunu göstərir.

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında enerji sektoru xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə münasibətlər xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdan sonra daha da intensivləşib. Həmin sənəd Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və alternativ enerji mənbələrinin şaxələndirilməsi baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Hazırda Avropa İttifaqına üzv 10 ölkə Azərbaycan qazını birbaşa qəbul edir, ümumilikdə isə 16 ölkə boru kəmərləri vasitəsilə bu təchizatdan faydalanır. Bu fakt Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş və mühüm qaz təchizatçılarından biri olduğunu təsdiqləyir. Enerji ixracının genişlənməsi yalnız iqtisadi əlaqələrin möhkəmlənməsinə deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verir. Bu əməkdaşlığın mühüm platformalarından biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən illik toplantılardır. Həmin platforma enerji siyasətinin koordinasiyası, yeni layihələrin müzakirəsi və Avropa bazarına qaz tədarükünün genişləndirilməsi üçün vacib mexanizm hesab olunur.

Eyni zamanda, Azərbaycanda qaz hasilatının artırılması istiqamətində həyata keçirilən yeni layihələr ixrac imkanlarının daha da genişlənəcəyini göstərir. Yeni yataqlardan hasilatın başlanması nəticəsində yaxın iki-üç il ərzində mövcud həcmə əlavə olaraq minimum 10 milyard kubmetr qazın beynəlxalq bazarlara çıxarılması planlaşdırılır. Bu isə Azərbaycanın Avropanın enerji təminatında alternativ və etibarlı mənbə kimi rolunu daha da gücləndirəcək.

Enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Külək, günəş və su enerjisi layihələri üzrə həyata keçirilən investisiyalar ölkənin böyük yaşıl enerji potensialını üzə çıxarmağa imkan yaradır. Növbəti beş-altı il ərzində ixrac üçün nəzərdə tutulmuş 6–8 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Avropa tərəfdaşları ilə yeni ötürülmə xətləri, dənizaltı elektrik kabelləri və digər enerji infrastrukturu layihələri üzərində fəal iş aparılır.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki