image-qanunla-reklam
image-1644482338_407912280_293_0_2000_1280_1920x0_80_0_0_2debd2a81b7e27675db34a7f219b2699

Azərbaycanda özəl pensiya fondları yaradılacaq

image-lady-day-az

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəmdədir.

Bunu “Qanunla.az”a açıqlamasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, bu, müzakirə olunan məsələlərdən biridir:

“Özəl pensiya fondları ilə bağlı ən vacib məqamlardan biri ondan ibarətdir ki, belə fondlar yaradılan zaman vətəndaşın seçim imkanı olur. Vətəndaş gəlirinin bir hissəsini özəl pensiya fonduna yönəltməklə gələcəkdə özəl pensiya fondundan da vəsait almaq imkanına malik olur. Bu, seçim imkanıdır. Eləcə də vətəndaşın gəlirlərinə bağlı olan bir məsələdir. Hazırda özəl pensiya fondlarının yaradılması gündəmdədir. Bununla bağlı xüsusi mexanizm hazırlandıqdan sonra Azərbaycanda da özəl pensiya fondlarının yaradılmasına başlanılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki