image-qanunla-reklam
image-media-ilham_aliyev_musahibe_111-ap1x50wme2vl9f7bstgr

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir

image-lady-day-az

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir                                                                                                          

Yola saldığımız 2025-ci ilin son günlərində – dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev idmançılarla görüşüb. Ənənəvi hal alan bu görüş ölkəmizdə idmana olan diqqət və qayğını bir daha sübut edir. 2025-ci ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik edib.Ölkə rəhbəri bildirib ki, “beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600- dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir.Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Ölkədə idman sahəsində həyata keçirilən düzgün siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Sağlam gənc nəsil yetişir, bu da idmanda yeni-yeni uğurların əldə edilməsinə şərait yaradır. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır.

Ölkə başçısının bildirdiyi kimi bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi və əbədi olsun.Ölkə başçısının çıxışında Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi məsələsi xüsusi qeyd edilib və bu çox önəmli hadisə kimi qiymətləndirilib. Bu, eyni zamanda son illərdə ölkəmizdə idmanla bağlı görülən işlərə verilən qiymətdir.

Zərdab  rayonu Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki