image-qanunla-reklam
image-1647874705_16475008431827017882_1000x669

Azərbaycanda idman uğurla inkişaf edir

image-lady-day-az

Azərbaycanda idman uğurla inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti  cənab   İlham  Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il  5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.  Əgər 2000-ci ildə idmançılarımız Sidney Olimpiyadasında 3 medal qazanmışdılarsa, 2016-cı ildə RİO Olimpiyadasında bu medalların sayı 18-ə çatdı. Azərbaycan komandası medalların sayına görə 206 dövlət arasında 14-cü yeri tutdu. Bakıda 2015-ci ildə  I Avropa Oyunları, 2017-ci ildə IV- İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Bakı şəhəri artıq neçə illərdir ki, izləyici kütləsi 1-2 milyard arasında dəyişən bir yarışa, “Formula- 1” yarışlarına ev sahibliyi edir. Bu yarışın ölkəmiz üçün şox böyük faydası var. Bu yarışlar keçirilən zaman Azərbaycana kütləvi turist axını olmuşdur. Aydın məsələdir ki, bu sadəcə turizm sektorunun deyil, həm də bir çox digər sahələrin daha da inkişafı deməkdir.
Bu gün ölkəmizdə idman  və bədən tərbiyəsi təkcə  yeniyetmə və gənclər arasında deyil, həmdə yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəblər səviyyəsində inkişaf etdirilir. “Bədən Tərbiyəsi və İdman haqqında “ Qanun ölkəmizdə idmanın  həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir. Qanunda göstərilir ki, bu sahədə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir.
Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə , ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Eynullayev Hüseyn
Saatlı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki