image-qanunla-reklam
image-529748702_1310136590466116_8831154819133847084_n

Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub

image-lady-day-az

Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub

Müasir mədəni dünya görüşünün əsasında o yanaşma durur ki, insanlar gender, irqi, dil, dini, siyasi, etnik, milli və s. mənsubiyyətinə görə beynəlxalq hüququn müəyyən etdiyi ümumi insan haqlarından məhrum edilə bilməzlər. Cəmiyyətdəki tolerantlıq səviyyəsi insanların bir-birinə qarşı dözümlülüyünü ifadə etməklə qalmayıb, həm də siyasi sistemin demokratiklik səviyyəsini özündə əks etdirir, xüsusilə cəmiyyətdə mövcud olan müxtəlif azlıqlara qarşı hər hansı ayrı-seçkiliyin olub-olmaması ilə müəyyən olunur. Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarını və multikulturalizmi, yəni ölkədəki etnik-dini qruplara münasibətdə tolerantlığı dövlət siyasəti elan edərək bu istiqamətdə tədbirləri daima öz milli fəaliyyət planlarına daxil edir. Bu çərçivədə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi qeyd oluna bilər. Azərbaycanda etnik və dini qruplar tərəfindən öz haqlarının həyata keçirilməsinə hər hansı qadağa yoxdur və cənab Prezident İlham Əliyev öz siyasəti ilə daima cəmiyyət və dövlət səviyyəsində tolerantlıq mühitinin daha da möhkəmləndirilməsinə çalışır.

Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur.

Azərbaycan haqqında yayılan bütün şayiələr və yalan məlumatlar, ölkəmizi tanıyanlar üçün tamamilə qərəzli görünür. Çünki Azərbaycan etnik və dini müxtəlifliyi ilə tanınan ölkələrdən biridir. Bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanda heç vaxt etnik və dini zəmində nə münaqişə, nə də anlaşılmazlıq olub. Əksinə, Azərbaycan bu gün multikulturalizmin mərkəzlərindən biridir. Burada müxtəlif dini və etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Odur ki, bu gün baş verənlər ya hələ də reallığı bilməyənlərə, ya da bilərəkdən yanlış təsəvvür yaratmağa çalışanlara yaxşı bir cavab olacaq.

Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə qeyd etmək lazımdır ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşidildi. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən Vaşinqtonda da.

Bu anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Azərbaycan bunu dəqiq bilir, çünki avropalı tərəfdaşlarımızla apardığımız danışıqlarda onlar dəfələrlə deyirdilər ki, bu məlumat Baydenin komandasından gəlir. Onlar qəsdən Azərbaycanın guya aqressiv niyyətləri barədə şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk ayında belə bu tipli narrativlər var idi. Bunlar hələ də bəzi dövlət qurumlarında qalan köhnə komandanın nümayəndələrindən gəlirdi. Onların gündəliyinə isə ya “Human Rights Watch”, “Freedom House” kimi Azərbaycanı sevməyən QHT-lər, ya da USAID və Azadlıq Radiosu təsir edirdi. Prezident Tramp isə USAID-i uğurla aradan qaldıraraq dünyanı bu “fəlakətdən” xilas etdi.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki