image-qanunla-reklam
image-1630485997_bakuhava730072_df6d251032_k_361

Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür”

image-lady-day-az

Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür”

Azərbaycanda ordu quruculuğu sistemli şəkildə ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlayıb. Həmin vaxtdan etibarən ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə start verilib. Ümummilli Liderin təşəbbüsü və yorulmaz fəaliyyəti ilə 1971-ci ildə hərbi kadrlar hazırlayan məktəb – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb. Bununla da respublikada hərb sənətinə maraq güclənib, azərbaycanlı zabit kadrların hazırlanması diqqət mərkəzində saxlanılıb. Ölkəmizin müstəqilliyi bərpa ediləndən sonra isə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilib. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları gerçəkləşib. Dahi öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində digər mühüm addımlar da atıldı. Ermənistan-Azərbaycan arasında atəşkəs haqda 1994-cü il 12 may tarixli müqavilə imzalanmaqla Ordumuzun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi əhəmiyyət verildi.

Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Xalq Cümhuriyyəti zamanında Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi də respublikamızda ordu quruculuğuna müsbət təsir göstərən mühüm addım idi. Dahi şəxsiyyətin ordu quruculuğu islahatları bütün bunlarla kifayətlənməyib. Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Bununla da hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Dahi rəhbərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. “Bu dövrdə ordu quruculuğunu beynəlxalq standartlara uyğunlaşdırmaq prioritet istiqamət idi. Bu, özünü, ilk növbədə, NATO ilə əməkdaşlıq münasibətlərinin qurulmasında göstərdi. Belə ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, Azərbaycanın bu hərbi təsisatla sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsini, Silahlı Qüvvələrimizin modernləşdirilməsini, müasir standartlara uyğunlaşdırılmasını şərtləndirdi. Ulu Öndərin müdrik siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq”, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramlarına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox hərbçimiz NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən etibarən, Ümummilli Liderin ideyalarına sadiq qalaraq, ölkədə ordu quruculuğunu diqqət mərkəzində saxladı, hərbi potensialı daha da möhkəmləndirdi, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılmasına, maddi-texniki təchizatının gücləndirilməsinə mühüm önəm verdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Ordumuz dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyev tərəfindən modernləşən Silahlı Qüvvələrə çevrildi. Dövlətimizin başçısı münaqişənin davam etdiyi illərdə uzaqgörənlik və təmkinlə diplomatik sahədə təxirəsalınmaz tədbirlər reallaşdırdı, iştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan etdi, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırdı. Nəhayət, respublikamızda möhkəm, sarsılmaz Xalq-Prezident-Ordu birliyi yaradıldı”

 

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

Zeynalov Ələddin


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki