image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

“Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır”

image-lady-day-az

“Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır.”

Xalqımızın çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində çar Rusiyasının işğalı nəticəsində xalqımız müstəqil xanlıqlar kimi fəaliyyət göstərmiş dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinın yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə oldu və bu iki il xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır. Ulu öndər xalqımıza müraciətində tövsiyə edirdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir.Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Ümumiyyətlə, Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki