image-qanunla-reklam
image-4-1231

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır

image-lady-day-az

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır

Ermənistan Azərbaycan Respublikasının ərazisinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, həmin ərazilərdə etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.Torpaqlarının işğalı ilə barışmayan Azərbaycan xalqı və dövləti öz müstəqilliyini və suverenliyini tam bərpa etməklə yanaşı, Ermənistana və onun arxasında duran dövlətlərə unudulmayacaq dərs verdi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etməyə müvəffəq oldu. Eyni zamanda, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.“İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi darmadağın edərək yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görərək ermənilər tərəfindən donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və açıq şəkildə təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb və dağıdılıb. Qəbir daşları talanaraq Ermənistana aparılıb” sözləri ilə Prezident İlham Əliyev çıxışında qeyd edib. Eyni zamanda, o bildirib ki, Ermənistanın etnik təmizləmə və islamofob siyasəti nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində ziyan vurulmuş, Ermənistan vəhşilərinin torpaqlarımızda basdırdıqları minaların partlaması nəticəsində 400-ə yaxın soydaşımız həlak olmuş və ya ağır yaralanmışdır. Hal – hazırda Azərbaycan Respublikası Ermənistanın viran qoyduğu torpaqlarımızda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə kimi 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı dövlət tərəfindən təmin edilib və ediləcəkdir. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki