image-qanunla-reklam
image-431450845_966005921545853_1955287986735674645_n

Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib

image-lady-day-az

Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “Dəmir Yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə – bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi. Ötən ilin sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycanı lokal antiterror tədbirlərinə başlamasına rəvac verdi. Qarşı tərəfin qısa zamanda, bir gün ərzində irəli sürülən şərtlərdə razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsi idi.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Müzzəfər Ali Baş Komandan, Prezident  cənabİlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Bərpa-quruculuq işləri davamlı olaraq aparılır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən sosial-iqtisadi inkişaf və həyata keçirilən Dövlət Proqramı böyük qayıdış çərçivəsində həyata keçirilən quruculuq işləri ictimaiyyət tərəfindən çox diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə bu qədər böyük işlərin görülməsi və artıq Zəngilana, Füzuliyə, Laçına və digər ərazilərə quruculuq işlərindən sonra böyük qayıdışın təmin olunması sözün əsl mənasında tarixi hadisədir və eyni zamanda çox böyük nailiyyətdir. Bu istiqamətdə əldə olunan nailiyyətlər, aparılan böyük quruculuq, bərpa işləri böyük ruh yüksəkliyi yaradıb. Qısa müddət ərzində Azərbaycan işğaldan azad olunmuş ərazisində çox böyük qələbəlik və irəliləyiş əldə olunub. Dövlətimiz bu ərazilərdə həyatın tezliklə bərpa olunmasında, ora tezliklə yerli əhalinin köçürülməsində mərhələli şəkildə təmin edir. Yəni böyük qayıdışın özü də böyük hadisədir.

Qısa müddət ərzində Füzulidə, Laçında, Zəngilanda beynəlxalq hava limanlarının tikilməsi və yüz kilometrlərlə yolun çəkilməsi, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqədar olaraq avtomobil yollarının, dəmir yolunun çəkilməsi çox böyük işlərin görülməsindən xəbər verir. Bu nəticələr xalqımızı sevindirir, ictimaiyyətimiz də bundan məmnun olur. İşğaldan azad edilmiş ərazilərdə çalışan bəzi insanların minaya düşməsi çox böyük çətinliklər yaradır. Belə ki, mənfur düşmənlərimiz bu günədək mina basdırılan xəritələri Azərbaycana verməyib və bu da müəyyən mənada proseslərə öz mənfi təsirini göstərir. Ona görə də bu təhlükələrin hamısına son qoymaq üçün, regionda sosial-iqtisadi inkişafa nail olmaq üçün əlbəttə ki, sülhə ehtiyac var.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır.

Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olan Qarabağ xanlığında, Şuşanın 10 kilometrliyində salınmışdır. İlk illər Xankəndidə ancaq azərbaycanlılar, xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. XIX əsrin əvvəllərində Rus işğalından sonra Xankəndinə İrandan köçürülən ermənilər yerləşdirilib, onlar da yaltaq və itaətkar olduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. Lakin bununla yanaşı, 1847-ci ilə aid  Rusiya xəritələrində qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə göstərilib. 1900-cü ildə Xankəndidə 3 min, 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamışdır.
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq erməni millətçilərinin Azərbaycana əsassız torpaq iddiası ozamankı Moskvanın dəstəyi ilə yeni forma almağa başladı. 1923-cü ildə Azərbaycanın tərkibində qalmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi və Xankəndi qəsəbəsinin adının dəyişdirilərək bədnam “Stepanakert” adlandırılması hələ o zaman əkilmiş fitnə toxumları kimi bugünkü ermənilərin beynində metastaz vermiş bəd şişlərin ilk hüceyrələri idi.   1988-ci ildə Xankəndidə baş qaldıran separatçılar guya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi iqtisadi-mədəni inkişafdan geri qalması və bunun üçün regionun Ermənistana birləşdirilməsi kimi sərsəm tələblər irəli sürür, terror əməlləri törədirdilər. Halbuki o dövrdə mərkəzi Xankəndi şəhəri olan vilayətdə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Bu müəssisələrin bir çoxu Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə tikilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdir. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də təsir etmiş, o dövrdə Xankəndidə sovxoz texnikumu, tibb və musiqi məktəbləri fəaliyyət göstərmiş, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdır. 1973-cü ildə filial respublika rəhbəri, görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil pedaqoji instituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri fəaliyyət göstərmişdir.

Başqalarının torpaqları hesabına böyük dövlət qurmaq xəyalları ilə başlatdıqları iyrənc əməllər tezliklə Qərbi Azərbaycanda, Qarabağda və bütün Azərbaycanda yaşayan soydaşlarımızın kabusuna çevrildi. Xankəndidə yaşamış sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında bu şəhəri tərk etməli olmuşdur. Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə Xankəndi hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdir. Ta ki Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başlatdığı əks-hücumu ilə 44 gün ərzində erməni faşizminin belinin qırılaraq üzü cəhənnəmə doğru göndərilməsinədək Qarabağ, onun işğal altında qalmış ətraf rayonları bütün planetimizin qara bir ləkəsi kimi hər kəsi narahat edirdi. Xankəndidəki lokal xarakterli antiterror əməliyyatları nəticəsində məhv edilmiş dırnaqarası rejimin son ünsürlərinin Laçın yolu ilə hərəkət edən dolu maşın karvanları 30 il əvvəl eyni yollarda, amma ermənlərdən fərqli olaraq əks-istiqamətdə ac, ayaqyalın hərəkət edən azərbaycanlıları bir daha xatırladır. İşğaldan azad olunmuş yerlərdə inşa olunan ağıllı kənd­lər, hava limanları və yollar ermənilərin nə qədər sökücü və dağıdıcı olsalar da, xalqımızın bu dağıntıların üzərində yeni bir cənnət Qarabağ inşa edəcəyini artıq bütün dünyaya nümayiş etdirir. Mədəniyyət paytaxtımız Şuşanın, Qafqazın Xirosiması Ağdamın, Zəngəzurun qapısı Zəngilanın ardınca Xankəndiyə də dəvət olunacaq dünya liderləri, diplomatlar və media təmsilçiləri, əslində, erməni nağılındakı yeraltı təpəgözlərin nə qədər təhlükəli olduğunu bir daha görəcəklər.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir

Ölkəmiz dövlətimizin başçısının rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi. Belə ki, Ermənistan, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çeşid-çeşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistan tərəfinə bununla bağlı xəbərdarlıq etmişdir. Lakin bütün bunara baxmayaraq Ermənistan həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermədi. Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı.

Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suverenliyini bərpa etdi. Ötən ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir. Lokal xarakterli antiterror əməliyyatının zəruriliyi, qraşıya oyulan vəzifələrin 1 gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimiz bərpa olunmşdur.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki