image-qanunla-reklam
image-media-536604854_1320338039445971_5074194027508212031_n-2e09y6l3qftzhgo4n7uk

Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərmişdir

image-lady-day-az

Azərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bütün işğaldan azad olmuş ərazilərdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq işləri başladılıb.Bu quruculuq işləri dövlətin, bilavasitə dövlət başçısının ciddi nəzarəti ilə aparılmaqdadır. Dövlət başçımızın tarixi Zəfərdən sonra Kəlbəcərə səfərlərində böyük quruculuğun vüsəti artır. 2021-ci il avqustun 16-da Toğanalı-Murovdağ avtomobil yolu üzərində inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməli qoyulub, 2023-cü il may ayının 27-də “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, 2024-cü il sentyabrın 2-də Kəlbəcər şəhə­rin­də ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib, 2025-ci il avqustun 21-də Kəl­bə­cər şəhərinin sakinlərinə mənzillərin açarları təqdim edilib, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 21-də Kəlbəcərə səfəri regionda quruculuq işlərinin daha da genişlənməsinin təminatı olacaq. Səfər zamanı dövlət başçımız çıxışında ədaləti bərpa etdiyimizi, xalqımızın iradəli xalq olduğunu, torpağa bağlılığını, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış komp­leksinin inşasının nəzərdə tutulduğunu, bütün infrastruktur layihələrinin icra ediləcəyini, mina­lar­dan təmizləmə işləri aparıldığını, Azərbaycan xalqının ən yüksək beynəlxalq müstəvidə öz böyük­lü­yünü bir daha göstərdiyini  xatırladaraq dedi ki, “Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi”.“Dünən dünənliyində qaldı” deyimi var. Bu deyim dövlətlə, dövlətçiliklə, xalqla bağlı ola bil­məz. Hər bir Azərbaycan vətəndaşı dünənləri heç zaman yaddan çıxartmayacaq. Bu səfər zamanı dövlət başçımız çıxışında həm də bu fəlsəfi dərki də xatırlatdı: “ Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görü­şümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzula­yıram.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcərə bu səfəri də döv­lə­ti­mizin quruculuq siyasətinin təzahürüdür və bu səviyyədə də tarixləşdi. Dünya ictimiyyəti bir daha əmin oldu ki, ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri də optimal müddətdə yenidən qurmağa gücü vardır.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki