image-qanunla-reklam
image-4a61659a_54d4_30c2_a717_5883d4bda0a9_8501684744049

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

image-lady-day-az

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqda beynəlxalq əməkdaşlıq genişlənməkdədir. Prezident cənab İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlət başçılarının Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Eyni zamanda Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Azərbaycanla Litva arasında sıx münasibətləri şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında bu nöqteyi-nəzərdən xüsusi rol oynayıb. Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub. Bunun nəticəsidir ki, iqtisadiyyatları bir-birinə yaxın olan Azərbaycanla Litva hər bir sahədə normal əlaqələrə malikdir və istər siyasi, istərsə də iqtisadi məsələlərdə daha tez anlaşmaya nail olur, bir-birini dəstəkləyirlər. hər iki ölkənin müstəqillik əldə etməsindən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və əməkdaşlığın bütün sferaları dinamizmi ilə seçilməyə başlayıb. Ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb. Azərbaycanla Litva arasında möhkəm təməllərə dərin əsaslar yaradan hüquqi baza təmin olunub. Prezident cənab İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu səfər ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə verərək əlaqələrin yüksək dinamik səviyyəyə çatmasına imkan yaradacaq.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib

Ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi xarici siyasətimizdə əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Yaxın münasibətlərin olduğu bu dövlətlər içərisində Avropa İttifaqının və NATO-nun üzvü olan Litvanın xüsusi yeri var. Azərbaycanla Litvanın hələ Sovetlər dönəmində bir ittifaqda yer alması iki dövlət arasında hərtərəfli əlaqələrin qurulmasında xüsusi önəm kəsb edib. Sovet İttifaqının dağılması və hər iki dövlətin müstəqilliyini bərpa etməsi nəticəsində qarşılıqlı münasibətlər mahiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xüsusi qeyd etməliyik ki, Litva ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. Aradan ötən müddət ərzində dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və iki dövlət arasında imzalanmış anlaşmalar münasibətlərin dərinləşməsinə imkan yaratmışdır. Bakı və Vilnüs arasındakı münasibətlərin hüquqi bazası indiyədək imzalanmış 40-dan çox sənədlə tənzimlənməkdədir. Xüsusilə iki dövlət arasında 2007-ci ildə imzalanmış Bəyənnamə mühüm əhəmiyyət kəsb etməklə yanaşı iki dövlət arasında münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qədər yüksəltmişdir.Qeyd etməliyik ki, yüksələn xətlə inkişaf edən Azərbaycanla Litva arasında münasibətlər və qarşılıqlı əməkdaşlıq bir sıra istiqamətlər üzrə genişlənməkdədir. Belə ki, hazırda iki dövlət arasında əlaqələr enerji, ticarət, qarşılıqlı investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə etməkdədir. Eyni zamanda iki dövlət arasında tərəfdaşlığın ən mühüm məqamlarından biri isə Litva dövlətinin Azərbaycanın ərazi bütövlüyünə, həmçinin ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığının möhkəmlənməsinə dəstək nümayiş etdirməsidir.Hazırda dünyada mövcud geosiyasi vəziyyətin fonunda Azərbaycanla Litva dövlətləri yeni çağırışlarla üz-üzədir. Mövcud vəziyyət əməkdaşlıq əlaqələrinə yeni istiqamətlərin əlavə olunmasını zəruri edir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının may ayının 22-də Litva Respublikasına növbəti səfəri və dövlət başçıları səviyyəsində keçirilmiş görüş, iki dövlət arasında Biznes Forumun keçirilməsi Azərbaycanla Litva arasında münasibətlərin inkişafı baxımından yeni perspektivlərin müəyyən olunması istiqamətində olduqca əhəmiyyətlidir. Dövlət başçılarının mətbuata verdikləri bəyanatlardan da aydın hiss edilirdi ki, iki dövlət arasında əlaqələr bundan sonra da yüksək səviyyədə inkişaf edəcəkdir

.Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Bu amillər Azərbaycanın enerji ixracını genişləndirmək imkanlarını daha da artırır. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın aparıcı rola malik olacağını deməyə əsas yaradır. Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropa yuxarıda göstərilən beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Bu isə dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi dividend qazandıracaq. Enerji siyasətinin digər mühüm komponenti Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə bir çox ölkələrin təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

İşğalın acı fəsadları

Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir.Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib. Ermənistan Azərbaycan xalqının  irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib.Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan xalqımıza qarşı etnik təmizləmə işləri aparırdı. Yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı soyqrımı törədilmişdir, ədalətsizlik törədilmişdir, hərbi cinayətlər törədilmişdir.  Düşmən 30 ilə yaxın bir dövrdə Qarabağda qəsb etdiyi şəhər və kəndlərimizi xaraba qoymaqla bərabər, kənd təsərrüfatına yararlı münbit və məhsuldar torpaqlarımızı, örüş-otlaq sahələrimizi, təbii sərvətlərimizi də istismar edib. Ermənilər 30 il ərzində işğal altında qalan torpaqlarımıza, sözün əsl mənasında, zülm ediblər. Torpaqlarımız ermənilər tərəfindən kortəbii şəkildə, barbarlıqla istismar olunub. Üzüm, taxıl, pambıq sahələrimiz, meyvə bağlarımız tikanlığa çevrilib, viran edilib, meşələrimiz qırılıb, bulaqlarımız quruyub. Tarixi torpaqlarımızı işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan sonrakı dövrlərdə də yenidən hərbi təxribatlara əl atdı. 2020-ci il sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 il işğal altında saxladığı torpaqlarımızdan qovuldu.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki