image-qanunla-reklam
image-1d83a789a3098b44fc2831ce7dcdc722_17754697882371161009_1200x630

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı

image-lady-day-az

Azərbaycan Respublikası ilə Gürcüstan arasında münasibətlər tarixən formalaşmış dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Əsrlər boyu birgə yaşayış və qarşılıqlı mədəni təsir nəticəsində xalqlarımız arasında dərin bağlılıq yaranmışdır. Bu ənənə müasir dövrdə də qorunub saxlanılaraq daha yüksək mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Hazırda Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxşaxəli xarakter daşıyır və bir sıra mühüm sahələri əhatə edir. Siyasi əlaqələr qarşılıqlı etimad və dəstək üzərində qurulmuşdur. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim müdafiə edir. Bu, dövlətlər arasında mövcud olan siyasi həmrəyliyin və strateji baxışların uyğunluğunun bariz göstəricisidir.

İqtisadi sahədə əməkdaşlıq da dinamik inkişaf edir. Ticarət dövriyyəsinin ildən-ilə artması, qarşılıqlı investisiyaların genişlənməsi və sahibkarlıq mühitinin inkişafı bu münasibətlərin möhkəm iqtisadi təmələ söykəndiyini göstərir. Gürcüstanda mövcud olan əlverişli investisiya mühiti Azərbaycan iş adamlarının bu ölkəyə marağını artırır və yeni layihələrin həyata keçirilməsinə stimul yaradır.

İkitərəfli münasibətlərin inkişafında ali səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Dövlət başçılarının mütəmadi görüşləri əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir və yeni təşəbbüslərin irəli sürülməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri və səfər çərçivəsində keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri dövlətlərarası əlaqələrin əsasını təşkil edir. Bu münasibətlər yalnız tarixi irs deyil, həm də gələcək inkişaf üçün etibarlı zəmin yaradır.Azərbaycan–Gürcüstan münasibətləri regionda sabitlik və inkişafın təmin olunmasında mühüm rol oynayan uğurlu əməkdaşlıq modelidir. Qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan bu tərəfdaşlıq gələcəkdə də daha da möhkəmlənəcək və genişlənəcəkdir.

 

Nailə Əliyeva –  Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki