image-qanunla-reklam
image-303ba164-b8f3-46f7-a199-753d75099895

Azərbaycan Türk dövlətləri ilə əlaqələri inkişaf etdirir

image-lady-day-az

Azərbaycan Türk dövlətləri ilə əlaqələri inkişaf etdirir.

Türk Dövlətləri Təşkilatı təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönəlik siyasət yürüdür. Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı çıxışında “Türk dünyası böyük bir ailədir” söyləyən İlham Əliyev qeyd edib ki, “Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Dövlətimizin başçısı onu da xüsusi qeyd edib ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, coğrafi sərhədləri daha genişdir: “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.Hazırda türkün türkə dəstək siyasətinin ən möhtəşəm nümunələrindən biri kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı quruculuq işlərinə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını göstərə bilərik.
İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, həmçinin Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşa olunacaqları da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın göstəricisidir. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlər xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.Türk dövlətlərinin inkişafının sinxronlaşdırılması və vahid standartların və terminologiyanın yaradılması üzv dövlətlər arasında ticarət və əməkdaşlığın inkişafı üçün mühüm addımlar kimi vurğulanıb. Prezident ümumi bazar çərçivəsində malların sərbəst mübadiləsinə yol açacaq standart qanun layihəsinin tezliklə təsdiqlənməsinə çağırdı. O, həmçinin məhsulların sınaq nəticələrinin qarşılıqlı tanınmasını və kimya və qida sənayesində tədqiqatların təşviqini təşviq edən Türk Dövlətləri Təşkilatının istinad mərkəzinin yaradılmasını müdafiə etdi. Qazaxıstanda keçirilən Türk şurası sammiti türk xalqları arasında əlaqələri inkişaf etdirir. Bugün təşkilat daxilində islahatlar üçüncü prioritet olaraq mərkəzi yer tutdu. Qazaxıstan prezidenti Tokayev təşkilatın fəaliyyətini optimallaşdırmağı və beynəlxalq inteqrasiyanı gücləndirməyi təklif edib. Təklif olunan islahatlar arasında TDT-da daimi nümayəndələrin təyin edilməsi, Katibliyin heyətinin artırılması və seçki sahəsində əməkdaşlığın gücləndirilməsi də var. Bundan əlavə, prezident Tokayev iqtisadi əməkdaşlıq Təşkilatına müşahidəçi statusunun verilməsi ideyasını dəstəkləyib və İslam ərzaq Təhlükəsizliyi Təşkilatı ilə əməkdaşlığı dəstəkləyib.Təhsil və elm türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsinin ən mühüm istiqaməti olmuşdur. Bu sammitdə dünyanın tanınmış universitetlərinin filiallarının yaradılmasına, birgə elmi tədbirlərin, dil fakültələrinin keçirilməsinə və süni intellekt, rəqəmsal texnologiyalar və aerokosmik kimi sahələrin inkişafına çağırılıb.

Nicat İsmayılov

YAP rayonu “Akim Abbasov 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki