image-qanunla-reklam
image-fb_img_1649269900134

“AZƏRBAYCAN TARİXİNDƏ HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ”

image-lady-day-az

“AZƏRBAYCAN TARİXİNDƏ HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ”

06.04.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və geniş təbliği məqsədilə “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş bəhs edib.
Tədbirdə çıxış edən məktəblilər qeyd ediblər ki, dəyərli və mənalı ömrünü Azərbaycana həsr edərək milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının ümummilli lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

image-fb_img_1649269900134 image-fb_img_1649269911553 image-fb_img_1649269923908

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki