image-qanunla-reklam
image-72jpg-1608203520

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

image-lady-day-az

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir.

İqtisadi inkişafın davamlılığının və əhalinin  sosial müdafiəsinin təmin edilməsi həmişə olduğu kimi, yenə də  Azərbaycan dövlətinin başlıca prioritetləri sırasındadır. Bunu növbəti ilin Milli Məclisin komitələrində və plenar iclaslarında ətraflı və geniş müzakirə olunduqdan sonra qəbul edilən dövlət büdcəsi bir daha təsdiqləyir. Bunlarla yanaşı, makroiqtisadi sabitliyin qorunması və milli valyuta məzənnəsinin dayanıqlılığının artırılması, koronavirus pandemiyası ilə mübarizə, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri və bir çox digər məsələlər də diqqət mərkəzindədir. Belə ki, cənab Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində cari ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində artım müşahidə olunub və bu, gələn  il iqtisadiyyatımızın həmin artım mərhələsini davam etdirəcəyini proqnozlaşdırmağa imkan verir. 2022-ci ilin büdcəsində məhz işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi tamamilə obyektiv, önəmli və təqdirəlayiqdir və dövrün, zamanın çağırışlarına adekvatdır. Nəzərdə tutulan büdcə sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızın sosial rifahının qorunub saxlanılmasına və yaxşılaşmasına imkan verəcək.
Eyni zamanda cənab Prezident İlham Əliyevin sosial ödənişlərin artırılması üçün imzaladığı sərəncamın maliyyə təminatı məqsədi ilə büdcədə nəzərdə tutulan vəsait vətəndaşın sosial rifahına birbaşa müsbət təsirini göstərəcək.
Nəhayət, ən başlıca məqamlardan biri odur ki, 2022-ci ilin dövlət büdcəsi miqyasına, istər gəlir və xərclər həcminə, istərsə də sosial yönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyin sədri

 

Gənclər siyasəti

Gəncləri Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı onun imzaladığı fərman və sərəncamlar, həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edib. Müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünərək atılan bu addımlar, gəncləri narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər onların hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmışdır. Ümummilli liderin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci il fevralın 2-də Gənclər Gününün elan olunması bu sahədə görülən mühüm tədbirlərdəndir.
Dahi şəxsiyyətin gənclərlə bağlı fikirləri və əsasını qoyduğu ideyalar bu gün də öz əhəmiyyətini qorumaqdadır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gəncliyin inkişafında müstəsna xidmətlərə malikdir. 2007-ci ilin Gənclər ili elan edilməsi, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi bu yöndə atılan mühüm adddımlardır.
Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Müstəqil dövlətçiliyimizin inkişafında, möhkəmlənməsində gənclərimiz daha səylə çalışaraq , ölkə başçısının ətrafında sıx birləşmişlər. Məhz Ali Baş Komandanın prezidentliyi dövründə yetişən gənc nəslin qəhrəmanlığı sayəsində Vətən müharibəsindəki qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu qələbə şəhidlik məqamına ucalan gənclərimizin rəşadətinin, hünərinin hesabına əldə olundu.

Mayisə Xəlilova- Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azərbaycan xalqı əmin amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əlbəttə ki, təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ölkə başçısının həyata keçirdiyi islahatlar ölkəmizin daha da inkişafına, xalqımızın, vətəndaşlarımızın rifahının yaxşılaşmasına hesablanıb. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir və Azərbaycanda həm təhlükəsizlik, həm də sabitlik çox uğurla təmin edilir.
Bu gün vətənimizin inkişafı üçün böyük imkanlar var. Ölkəmizin yeni siyasi-iqtisadi reallığı,iqtisadi tərəqqinin regionun inkişafını və xalqın rifahını təmin etməsi milli prioritetlərin mütləq üstünlüyüdür. İqtisadiyyat, ədalətli cəmiyyət, yüksək inkişaf, müasir innovasiyalar və təmiz ətraf mühit bu gün dövlətin idarə olunmasında strategiyanın əsas hədəflərindəndir. Sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Bu gün bizim üçün ən mühüm məsələlərdən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır və dövlətimiz bu işi çox uğurla həyata keçirir. Sözsüz ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasəti məhz vətəndaşların sosial rifahını, uzunömürlülüyünü, sağlam həyat tərzinin təmin edilməsinə böyük töhfələr verir. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir.
Müasir dünya sürətlə dəyişir. Bu dəyişimi, inkişafı yüksək səviyyədə yaşayan Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Xalqımız hər zaman və hər işdə ölkə Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyir, bundan sonra da dəstəkləyəcəkdir və daim irəliyə doğru inkişaf yolunda bərabər addımlayacaqdır.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

İslahatlar siyasətinin davamı

Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən illər ərzində mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövləti məhz Azərbaycandır. Prezident cənab İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.
Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Həmin dövrün Azərbaycanından əsər-əlamət qalmayıb. Bugünün Azərbaycanı Cənubi Qafqazın və ümumən Avropanın əsas enerji və iqtisadi-siyasi güc mərkəzlərindən biridir. Tam müstəqil siyasət yürüdən qüdrətli ölkədir. Bu Azərbaycanın qurucusu isə ümummilli liderimiz Heydər Əliyev dühasıdır.
Qürur və fəxarətlə deyə biləcəyimiz bir danılmaz həqiqət də var. Ulu Öndərin böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna çıxardığı respublikamız son illərdə məhz Prezidentimiz cənab İlham Əliyevin fitri idarəçilik və liderlik keyfiyyətləri sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Bəli, müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb. Kənar təzyiqləri inamla dəf edib, müstəqil siyasət yürüdüb. Azərbaycan bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla yetişib.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb

Məlum olduğu kimi, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham cənab Əliyev geniş çıxış edərək, çox mühüm mesajlar verib. Belə ki, Dövlət başçısı bildirmişdir ki, ölkədə parlament seçkiləri demokratik keçirilib, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb: “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür.
Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. 6-cı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər.

Səlim Zeynalov– Dəkkoba kənd tam orta məktəbinin direktoru

 

İslahatlar siyasətinin davamı

Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.
Dövlət başçısının deputatlara bir tövsiyəsi də onların seçicilərlə daim təmasda olması, problemləri ilə maraqlanmaları ilə bağlı olub. Cənab Prezident vurğulayıb ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz.
Yeni tərkibli Milli Məclisin əsas məqam, hədəf parlamentin fəaliyyətinin müasir dünyada baş verən proseslərə operativ olaraq cavab verməsi, işini yüksək səviyyədə qurmasıdır: “Cənab Prezident bildirdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Hesab edirəm ki, bu, ölkə başçısının Milli Məclisin üzvlərinə mühüm tapşırığıdır”. Prezident cənab İlham Əliyev çıxışı ilə Milli Məclisin yeni tərkibinə qanunverici orqan kimi mövcud qanunlara yenidən baxılması, onların müasir dövrün tələblərinə uyğunlaşdırılması, lazım olan əlavə və dəyişikliklərin zamanında edilməsi, yeni qanunların qəbul olunması və qəbul olunanda beynəlxalq aləmdə baş verən proseslərə yüksək səviyyədə cavab verməsi ilə bağlı tapşırıqlar verərək, deputatların üzərinə ciddi tələb və vəzifələr qoydu: “Ölkə başçısı vurğuladı ki, hər bir deputat istər parlament, istərsə də kənar fəaliyyətində, xarici səfərlərdə, beynəlxalq tədbirlərdə cəsarətlə, qətiyyətlə, yüksək səviyyədə mövqeyini təqdim etməyi bacarmalıdır. Cənab Prezident Milli Məclisin üzvlərinə gedən proseslərə oturub baxmaq, susqun olmaq, fikrini bildirməmək, liberallıq göstərmək kimi hallara qarşı ciddi fikirlərini səsləndirdi”. Dövlət başçısı nitqində yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söylədi: “Bu artıq parlament üçün yeni vəzifə, yeni səlahiyyətdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərməlidir. Bu, bizim qarşımızda vəzifə və tələbdir”. Azərbaycan Milli Məclisinin rəhbərliyinin qadın olması İslam dünyası üçün nümunədir.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb

Azərbaycan Prezidenti cənab İlham Əliyev Milli Məclisdə bir saatdan artıq çıxış etdi. Bu çıxış özünün konseptual xarakteri ilə seçildi. Ölkə Prezidenti çıxışında bir çox məqamlara toxundu. Dövlət başçısı seçkilərin demokratik, şəffaf və müasir standartlara cavab verən səviyyədə keçirildiyini qeyd etdi. Həqiqətən də bu gün Azərbaycan Milli Məclisinin yeni tərkibi aydın şəkildə nümayiş etdirir ki, VI çağırış Milli Məclis ölkə Prezidenti tərəfindən həyata keçirilməsinə başlanmış islahatlara öz ciddi təkanını nümayiş etdirəcəkdir.
Parlamentin çoxpartiyalılıq əsasında formalaşması və müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisin sədrinin qadın nümayəndə seçilməsi yenilənmənin təzahürüdür. Bu amil həm də ölkəmizdə qadınların hüquqlarının qorunduğunu deməyə əsas verir. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. İkinci mühüm hadisə Azərbaycan parlamentində bitərəflərlə yanaşı, azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunmasıdır. Bu, çox mühüm məsələdir və bir daha göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Təkcə vitse-spikerlər deyil, komitə sədrləri səviyyəsində də azlıq təşkil edən partiya üzvlərinin təmsil olunması dediklərimizi bir daha təsdiqləyir. Vətəndaş Həmrəyliyi Partiyası müxalifətyönümlüdür və bu gün həmin partiyanın təmsilçisi Milli Məclis sədrinin mavini vəzifəsinə seçildi. Bir sözlə, Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması iqtidarla müxalifət arasında gedən dialoqun müsbət müstəvidə tamamlandığını deməyə əsas verir. Bu da ölkədə sabitliyi, əmin-amanlığı təcəssüm etdirir.

Rauf Məlikov –Zərdab peşə liseyinin direktoru

 

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı  ilk gündən bu çağırışı etdi ki,  iqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da  öz əksini tapmalıdır. Bu çağırış, eyni zamanda,  Azərbaycan dövlətinin sosial siyasətində  vətəndaş məmnunluğunun artırılmasının prioritet istiqamət  olduğunu təsdiqləyir.  Bununla yanaşı,  Prezident cənab  İlham Əliyev ilk gündən  “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına əldə olunmasını  qarşıya mühüm vəzifə kimi qoydu. Dövlət başçısı onu da  bildirdi ki, “Neft kapitalını insan kapitalına çevirməliyik” deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan sərmayədən  söhbət getmir. Söhbət həm də  ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.
Bütün bu uğurlu addımların sayəsində son illərdə sosial sahədə həyata keçirilən islahatlar nəticəsində  ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Nəzərə alsaq ki, 2019-cu ilin sonundan dünya koronavirus infeksiyası ilə mübarizə aparır, bu halda, hətta inkişaf etmiş ölkələrdə belə iqtisadi durğunluğun yaşanmasına baxmayaraq, Azərbaycanda COVID-19 pandemiyasının məşğulluğa və insanların rifahına mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramlarının icra olunmasını önəmli addımlar kimi qiymətləndirə bilərik. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində  artımlar edildi, yeni təqaüd növləri təsis olundu. Əməkhaqlarında, pensiyalarda və digər ödənişlərdə ciddi artımlar olmuşdur. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması ölkə ictimaiyyəti tərəfindən  böyük rəğbətlə qarşılanır. Bu da vətəndaş məmnunluğunun səviyyəsinin artması ilə müşayiət  olunur.

Abbas Nağıyev–Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir

Köklü islahatların aparıldığı vaxt hakimiyyətin üç əsas qolundan biri olan qanunverici orqan kənarda qala bilməzdi. Milli Məclisə keçirilən növbədənkənar seçkilər də qanunverici orqanın proseslərlə ayaqlaşması, yeni dövrə uyğunlaşması məqsədi daşıyırdı. Beləliklə, beynəlxalq nüfuzlu təşkilatların da etiraf etdiyi kimi, tam demokratik və şəffaf şəkildə ölkədə parlament seçkiləri reallaşdı. Siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı. Avropa İttifaqı da seçkilərin keçirilməsi ilə bağlı obyektiv bəyanat verərək Azərbaycan parlamenti ilə əməkdaşlığa hazır olduğunu bildirdi.
Hazırda ölkədə həyata keçirilən islahatların həm konseptual, həm də struktur xarakteri yüksək əhəmiyyətə malikdir. Azərbaycan sosialyönümlu dövlətdir, atılan addımların və reallaşdırılan bütün layihələrin mərkəzində şübhəsiz ki, insan amili dayanır. Bu, dövlətin qəbul etdiyi qərarlarda daha aydın nəzərə çarpır. Belə ki, minimum əməkhaqlarının, pensiyaların müntəzəm şəkildə artırılması, bununla yanaşı, şəffaflıq prinsipinin əsas tutulması buna bir daha sübutdur. Ölkənin inkişafı üçün vacib şərt olan milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində də bütün sahələrdə səmərəli addımlar atılıb, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, siyasi sabitliyin ölkəmizdə bərqərar olması ilə bağlı ciddi uğurlar qazanılıb. Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq arenada da dövlət nüfuzunun gücləndirilməsi, milli maraqların qəbul etdirilməsi yönündə uğurlu siyasi kurs yürüdür. Bu sahədə bir neçə istiqamətdə dövlətimizin diplomatik uğurunu xatırlatmaq yerinə düşər. Misal üçün, türkdilli dövlətlərin əməkdaşlığı sahəsində Azərbaycan önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Bu da sözügedən quruma üzv ölkələrin üçdəbir hissəsini təşkil edir. Qonşu ölkələrlə qurulan münasibətlərdə də dostluq amili əsas yer tutur. Azərbaycan, eyni zamanda, İslam dünyasında da böyük nüfuza malikdir. Respublikamızın beynəlxalq siyasəti situativ yox, strateji xarakter daşıyır. Bu gün Azərbaycan 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının üzvü və bu Hərəkata sədrlik edən dövlətdir. Azərbaycanın hazırda da sədr kimi irəli sürdüyü təşəbbüslər, görülən işlər bu təşkilatın beynəlxalq nüfuzunu böyük ölçüdə gücləndirir.
Azərbaycan qlobal arenanın bütün siyasi qütblərinin əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədir və bütün bunlar məhz Prezident İlham Əliyevin həyata keçirdiyi dərin strategiyanın məntiqi nəticəsidir. Belə bir uğurlu siyasi xəttin isə Azərbaycanı bölgənin lider dövlətindən dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracağına şübhə doğurmur.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycanda çoxpartiyalı parlament formalaşıb

Ölkəmizdə həyata keçirilən siyasi islahatlar, onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Siyasi islahatların çox mühüm istiqamətlərindən biri kimi siyasi dialoq mühitinin formalaşdırılması da bu prosesə böyük dəstək olan əsas çağırışlar sırasında yer alır. Dövlətimizin başçısı İlham Əliyev ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəltmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.
İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemdə təkmilləşmənin yol açdığı uğurların da təqdimatı oldu. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirsə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına ümumxalq inamını və etimadını nümayiş etdirir. Bu kimi müsbət meyillərin güclənməsinə yönəlmiş addımların ardınca martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfransın keçirilməsi də təqdir olunmalı məsələlər sırasındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin, həmçinin Milli Məclisin 80-dək deputatının iştirakı ilə baş tutan konfrans bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. Məhz dialoq mühitinin yaranması nəticəsində siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Ölkəmizdə demokratik mühit mövcuddur

Hər zaman radikal mövqeləri ilə diqqət çəkən, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan, siyasi dialoq prosesinə öz maraqlarını qəbul etdirmək kimi yanaşan ünsürlər son dövrlər siyasi partiyaların davamlı xarakter alan görüşlərindən də kənarda qalır, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə ermənipərəst mövqeləri ilə cəmiyyətin nifrətini qazanırlar. Onlar üçün siyasi dialoqun təşkili köhnə vərdişlərinə və düşüncələrinə uyğun olaraq hakimiyyətin qarşısına hansısa absurd tələbin qoyulması və onu qəbul etdirmək niyyətlərinə çatmaq üçün bir vasitədir. Bu istəkləri baş tutmayanda daş atıb başlarını tuturlar ki, hakimiyyət dialoq tərəfdarı deyil. Bax, budur bu ünsürlərin demokratiya düşüncələri. Necə ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər, eləcə də siyasi dialoq məsələsi gündəmə gələndə, ona öz şəxsi və qrup maraqları prizmasından yanaşır, bu istiqamətdə rəy formalaşdırmağa cəhd edirlər. Unudurlar ki, fərziyyə reallıq deyil. Əgər bu gün biz dağıdıcıların əvvəlki təfəkkürlərinə istinad etsək görərik ki, bu ünsürlər hakimiyyətlə müxalifət arasında dialoqun təşkil edilməsi üçün bir qayda olaraq xarici himayədarlarından kömək istəyiblər. Burada da məqsəd bəlli idi: Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq. Guya bu addımı xarici dəstəksiz atmaq mümkün deyildi. Azərbaycan hakimiyyətinin antimilli ünsürlərdən əsas tələbi hər zaman bu olub ki, daxili məsələlər ölkənin daxilində həll edilməlidir.
Bugünkü hadisələr bir daha təsdiqləyir ki, antimilli ünsürlərin apardıqları təbliğatın əksinə olaraq ölkəmizdə demokratik mühit mövcuddur. Bütün siyasi partiyalara fəaliyyətləri üçün normal şərait yaradılıb, onlar arasında əməkdaşlıq mühiti var, ölkənin inkişafı, ümummilli məsələlər üçün bir araya gəlmək imkanındadırlar: “Prezident İlham Əliyev YAP-ın VII qurultayında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş, təşəbbüsləri alqışlamış və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik. Onlar satqın, xaindirlər. Bu gün antimilli şurada cəmləşən milli satqınlar şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyirlər. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb”.
Bu gün bütövlükdə siyasi sistemdə əməkdaşlığın çərçivəsi genişlənir. Hazırda Milli Məclisdə 9 siyasi partiya təmsil olunur. Artıq fəaliyyətə başlamasının bir ili tamam olan yeni tərkibli Milli Məclis siyasi islahatların yeni mərhələyə qədəm qoymasına öz töhfələrini verir. Siyasi dialoq mühitinin dərinləşdirilməsinə səylər göstərir. Bu günümüzün reallığı budur ki, siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur”.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

 

Siyasi dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir

Artıq ölkədə siyasi iradə ortaya qoyulub. Bununla bağlı çox gözəl gəlişmələr var. Doğrudan da cəmiyyətdə şəffaflaşma gedir. Siyasi partiyaların cəmiyyətdə rolunun artırılması üçün Prezident tərəfindən verilmiş göstərişlər var və müvafiq Administrasiyanın müvafiq şöbəsi də bunu uğurla yerinə yetirməkdədir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin inkişafına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər, doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”.
Bəzi radikal siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar. Biz birmənalı olaraq həmin mövqeyi qınayırıq. Hesab edirəm ki, müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Cəmiyyətdə siyasi mədəniyyətin inkişaf etdirilməsi baxımından təkmilləşməyə ehtiyac var. Sosial reallıq, cəmiyyətdə şəxsiyyətlər arasında münasibətlər, müsbət mənəvi və əxlaqi dəyərlər sisteminin mövcudluğu, ictimai rəy və faydalı ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən əsas amillərdir. Təəssüf ki, bü gün öz fəaliyyətində sadaladığım bu dəyərlərdən uzaq olan bəzi siyasi qüvvələr də mövcuddur. İlk olaraq onların öz fəaliyyətini yenidən təftiş etməsinə ehtiyac var. Çünki məhz oturuşmuş siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların siyasi sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər və ənənələr vasitəsilə tənzimləyir”.
Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi
qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Qanunla.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki