image-qanunla-reklam
image-s3-1536x864

Azərbaycan Respublikasının Konstitusiyası

image-lady-day-az

Azərbaycan Respublikasının Konstitusiyası.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.  Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”;

Azərbaycan Respublikasının Konstitusiyası 12 bölmədən və 158 maddədən ibarətdir. Onun əsas bölmələri bunlardır: Ümumi müddəalar,İnsan və vətəndaşın əsas hüquq və azadlıqları,Dövlət hakimiyyətinin təşkili, Milli Məclis, Prezident, Nazirlər Kabineti və məhkəmələrin səlahiyyətləri,Yerli özünüidarəetmə prinsipləri, Dövlətin müdafiəsi və iqtisadi əsaslar.

Bu sənəd Azərbaycan xalqının iradəsini ifadə edən ali hüquqi sənəd kimi ölkəmizin siyasi sistemini müəyyənləşdirdi. 1995-ci ildən bəri Azərbaycan Respublikasının Konstitusiyasına bir neçə dəfə dəyişiklik edilmişdir: 2002-ci il referendumu – prezident seçkilərinin qaydası və dövlət orqanları arasında səlahiyyət bölgüsü yeniləndi; 2009-cu il referendumu – prezidentin səlahiyyət müddətinə dair məhdudiyyət aradan qaldırıldı, yeni hüquqi institutlar təsbit olundu; 2016-cı il referendumu – vitse-prezidentlik institutu yaradıldı, insan hüquqları və sosial müdafiə ilə bağlı maddələr təkmilləşdirildi. Bu dəyişikliklər ölkənin sosial-siyasi inkişaf tələblərinə uyğun olaraq həyata keçirilmiş, dövlət idarəçiliyinin çevikliyini və hüquqi sabitliyi artırmışdır. Azərbaycan Respublikasının konstitusiya quruluşunun tarixi — xalqımızın azadlıq, müstəqillik və ədalətli dövlət yaratmaq əzminin təcəssümüdür. 1918-ci ildə əsası qoyulan demokratik dövlətçilik ideyaları 1995-ci il Konstitusiyası ilə öz hüquqi ifadəsini tapdı. Bu gün həmin Konstitusiya Azərbaycan dövlətinin siyasi və hüquqi həyatının bünövrəsini təşkil edir. Konstitusiyaya hörmət etmək, onun prinsiplərinə əməl etmək və onu qorumaq hər bir vətəndaşın vətən qarşısında mənəvi borcudur.

 

 

Veteran Müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki