image-qanunla-reklam
image-1643962792_bccc3bc627bac5e26d0a9ecfbcf43d5d

Azərbaycan qazı yeni mənbədir

image-lady-day-az

Azərbaycan qazı yeni mənbədir

2024-cü ilin martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.  Prezident cənab İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısı onu də əminliklə vurğulayıb ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Martın 1-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları da deyilənlərin növbəti sübutudur. Yəni bu iclaslar, orada səslənən fikirlər həm Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir, həm də qarşıya qoyduğumuz planları bundan sonra da uğurla reallaşdıracağımıza əminlik ifadə edir. Cənub Qaz Dəhlizi sadəcə bir enerji layihəsi deyil. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Azərbaycan və Albaniya iki dost ölkədir

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir.  Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək  qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. 2022-ci ilin  noyabrın 15-də Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident cənab İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Prezidentin cənab ilham Əliyevin Albaniya respublikasına reallaşdırdığı dövlət səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi  istiqamətində daha müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd imzalanıb. Əvvəlki illə müqayisədə, ötən il Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olub, o cümlədən idxal 70,47 faiz artıb, ixrac əməliyyatları bərpa olunub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.

2024-cü ilin martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edib. Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Əməkdaşlığın yeni perspektivləri. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Müasir dövrdə dünyada diqqət edilən əsas məqamlardan biri də tərəfdaşlıqda etibarlı davranmaqdır. Bu baxımdan Azərbaycan müsbət mənada fərqlənir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib

Azərbaycanın enerjinin şaxələndirilməsi istiqamətində yürütdüyü siyasət Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına, o cümlədən Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılmasında çox mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb. “Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir”, – deyə Prezident cənab İlham Əliyev vurğulayb.

Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur. Bu məsələdə xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə Azərbaycan ən etibarlı tərəfdaş hesab olunur. Təkcə ölkəmizin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində həyata keçirdiyi işlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı etibarlı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edib və etməkdədir. Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub.  Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir

Son illərdə ölkəmizdə “yaşıl enerji” sahəsində mühüm tədbirlər həyata keçirilib. Belə ki, “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib. Sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq. Qara dəniz dibindən çəkiləcək kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Bu da nəticə etibarı ilə təkcə sazişi imzalayan ölkələr arasında deyil, bütövlükdə Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.  Bu layihə alternativ enerji təminatı baxımdan çox böyük əhəmiyyətə malik transmilli layihə olacaq. Çünki iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji istahsalı və ixracatı dünyada çox ciddi rol oynayacaq. Azərbaycanın bu təşəbbüsü gələcəyə hesablanan çox strateji hədəfidir. Bu Azərbaycanın Avrasiya coğrafiyasındakı əhəmiyyətli rolunu artırmağa və aparıcı rola və imkanlara malik ölkə olduğunu ortaya qoyacaq.

Azərbaycan tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrini daha geniş şəkildə qazla təmin etmiş olacaqdır. Artıq bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələri özlərini qazla təmin edir və bu proses davam etməkdədir. Gələcəkdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək.  Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən məharətlə yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən etməkdədir. Bu da Avrasiya coğrafiyasdında Azərbaycanın necə ciddi oyunçu olduğunu göstərən əsas amildir.  Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb. Əminəm ki, qarşıdakı mərhələdə Azərbaycan bu istiqamətdə qoyduğu hədəflərə nail olacaq. Bu həm ölkəyə daha böyük həcmdə investisiyaların cəlb olunmasında, həm ölkəsinin iqtisadi vəziyyətinin inkişaf edərək əhalinin sosial vəziyyətinin yaxşılaşması, həm milli təhlükəsizliyinin etibarlı təmini, həm də beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində, yeni-yeni imkanların açılmasında öz müstəsna rolunu oynayacaqdır.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir

Martın 1-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında bir çox digər vacib məsələlərlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni perspektivləri də müzakirə olunub. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Prezident cənab İlham Əliyev Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğunu diqqətə çatdırıb. Enerji təhlükəsizliyinin təmin olunmasının hər bir ölkənin milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmaqla, bu gün Avrasiyada mövcud olan geosiyasi vəziyyət görülən işlərin son dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizinə artıq bir çox marşrutlar üzrə interkonnektorların əlavə edilməsi də bu layihənin müstəsna əhəmiyyətindən xəbər verir.

Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişlənməsinin ölkəmizin iqtisadiyyatı üçün önəmli amildir. Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir. Məhz bu səbəbdən də Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Bu gün Azərbaycan Avropada qaza olan tələbatı ödəmək üçün qaz mənbələrinə də, nəqliyyat marşrutlarına da sahibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, hazırda Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı da əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Məlum olduğu kimi, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Öz çıxışında bu məsələyə ətraflı toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl gündəliyini bir daha nümayiş etdirir.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki