image-qanunla-reklam
image-1695216877-xankendi

Azərbaycan Qarabağa əbədi qayıdır

image-lady-day-az

Azərbaycan Qarabağa əbədi qayıdır

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs, o cümlədən beynəlxalq təşkilatların və xarici ölkələrin təmsilçiləri Ermənistanın işğalı və təcavüzünün nəticələrini öz gözləri ilə görürlər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra keçən müddət ərzində minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri bu dəhşətli faciənin ağır izlərini aşkar şəkildə müşahidə ediblər. O cümlədən oktyabr ayının 5-də Ağdamda, daha doğrusu, Prezident İlham Əliyevin dediyi kimi, bir zamanlar bu şəhərin yerləşdiyi ərazidə təşkil olunmuş Azərbaycan Milli Şəhərsalma Forumunun 40-dan artıq xarici ölkəni təmsil edən iştirakçıları da erməni barbarlığı və vandalizminin acı nəticələrini görmək imkanı əldə etdilər. Təsadüfi deyil ki, ərazilər işğaldan azad edildikdən sonra buraya gələn xarici ekspertlər, jurnalistlər Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri” və yaxud da “Qafqazın Xirosiması” kimi adlandırmışdılar. Vaxt gələcək və yenidən qurulan Ağdam artıq bu bənzətmələrlə qətiyyən uyğunlaşmayacaq. Lakin bu adlar erməni faşizminin xislətini səciyyələndirən damğa kimi əbədi olaraq yaddaşlarda qalacaqdır.

28 il davam edən danışıqlar prosesinin heç bir nəticə verməmiş və yalnız Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra bütün məsələlər öz həllini tapmışdır. 28 il ərzində Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdi. Bütün bu müddət ərzində gedən danışıqlar faktiki olaraq heç bir nəticə vermədi. Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Azərbaycanın Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərinə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Bütün bu illər ərzində ən çox təəssüf doğuran hallardan biri də bu idi ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Bu gün isə Azərbaycanın artıq hər hansı vasitəçiyə ehtiyacı qalmayıb. Bununla belə, dövlət başçımızın dediyi kimi, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif etdi və sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Ermənistanın yeganə yolu da bu prinsiplər əsasında sülh müqaviləsinin hazırlanması və imzalanması yönümündə ciddi səy göstərməkdir.

Bu gün Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların öz dədə-baba yurdlarına geri qayıtması dövrünü yaşayır. Bu günədək Azərbaycanda 300 mindən çox məcburi köçkün vətəndaşlarımız üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib və indi Böyük Qayıdış proqramının icrasına başlanılıb. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi son dərəcə qürurverici və azərbaycanlıların öz torpaqlarına bağlılığını nümayiş etdirən bir haldır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Sülh təklifinin müddəaları beynəlxalq hüququn normalarına əsaslanır.

BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”-postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Milli Şəhərsalma Forumunun açılış mərasiminin işğaldan azad olunmuş Ağdam şəhərində keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi oldular.

Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu vurğulayıb. Bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdam indi xarabalıqları xatırladır. Oxşar ürək ağrıdan vəziyyəti Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda da görmək mümkündür. İşğal illərində erməni vandalları 10 min kvadrat kilometrdən çox ərazidə daşı-daş üstə qoymayıblar, evləri sökərək yaralı materiallarını Ermənistana daşıyıblar. Meşələrimiz qırılaraq qiymətli ağaclardan mebel sənayesində istifadə olunub. Təbii sərvətlərimiz, kənd təsərrüfatına yararlı torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün kədərli mirasını görür və şahidi olduğu mənzərədən heyrətə gəlir.Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Bu xüsusda fikirlərini bölüşən dövlətimizin başçısı “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”, – deyə vurğulayıb. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Qarabağ əvvəlkindən də cəlbedici olacaq

Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımzda daş üstə daş qalmayıb. Ermənilər bu dağıntıları ilə faşistlərdən də qəddar olduqlarını nümayiş etdiriblər. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, diplomat, politoloq, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Prezident İlham Əliyev də Ağdamda səfərdə olarkən bildirib ki, erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, işğaldan azad edilmiş ərazilərimizə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra Ağdama gələn xarici ekspertlər, jurnalistlər bu rayona bir neçə ad verdilər: “Urbisid qurbanı” , “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması”.

Bütün bu vəhşiliklər beynəlxalq təşkilatların gözləri qarşısında baş verib. Həmin təşkilatlar Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu və işğalçını öz adı ilə çağırmaqda özündə cəsarət tapa bilmədi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Halbuki, Minsk qrupu münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Əslində isə ötən illər ərzində Minsk qrupu işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Artıq Böyük Qayıdış proqramı başlayıb.

Ermənilər işğal etdikləri ərazilərdən çıxarkən yenə də faşist xislətlərini gizlədə bilməyiblər və onlar əraziləri minalayıblar. Təcavüzkarlar işğal dövründə 1 milyondan çox mina basdırıblar. Bu da sakinlərin dədə-baba torpaqlarına köçürülməsində ciddi problem yaradır. Genişmiqyaslı bərpa proqramının icrasında ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Buna baxmayaraq, ərazilərin minalardan təmizlənməsi prosesi davam edir.

Hüquq müdafiəçisi işğaldan azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və deyib ki, belə tədbirlərin iştirakçıları erməni vandallığının, həmçinin ərazilərdə aparılan bərpa-tikinti işlərinin canlı şahidi olurlar. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdam rayonunda keçirildi.

Dövlətimizin başçısı 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak edibdir. Yaxın iki ildə bu kəndlərdə bir neçə min insan yaşayacaq. Bundan başqa, Ağdam şəhərində min şagird yerlik məktəb tikilir. Bu məktəb gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binasının tikintisi davam etdirilir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Tezliklə xarabalıqların yerini yeni Ağdam əvəzləyəcək

İşğal dövründə Ermənistanın dağıdaraq yer üzündən sildiyi Ağdam artıq kabusların məskəni deyil. Həyata keçirilən bərpa-quruculuq işləri onu göstərir ki, azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Dövlət başçısının hər səfəri zamanı atdığı təməllər bizi abad, müasir, inkişaf etmiş Ağdama yaxınlaşdırır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərləri zamanı bir sıra obyektlərin və yaşayış məntəqələrinin təməlini qoyması, rayon sakinləri tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanıb. Bu günlərdə dövlətimizin başçısı və birinci xanım Ağdama səfəri zamanı Ağdam şəhərində daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, dəmir yolu və avtovağzal kompleksinin, təməlini qoyub, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Görülən işlər, həyata keçirilən layihələr burada sakinlərin xoşbəxt, firavan və rahat yaşamalarının təmin edilməsi üçündür və biz ağdamlıların ürəyincədir. Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Prezident qeyd etdi ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Ağdamın yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Ağdam regionun ən müasir, ən gözəl şəhərinə çevriləcək və ağdamlıların burada yenidən xoşbəxt günləri başlayacaqdır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Milli Şəhərsalma Forumu işğaldan azad olunan torpaqlara həyatın qaytarılması baxımından mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda ilk dəfə təşkil edilən Milli Şəhərsalma Forumu mühüm əhəmiyyətə malikdir. Forumun Ağdamda həyata keçirilməsi, əsas diqqətin postkonflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətinə yönəldilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması baxımından öz aktuallığı ilə seçilir.

İşğaldan azad olunan ərazilərdə Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadə günümüzün əsas mövzularındandır və bu mövzular da Forumun gündəliyinin əsasını təşkil edir. İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi. Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq, çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq. Forum, eyni zamanda, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi bu çətinliklərin həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayır.

Ağdam, eləcə də digər işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin plana uyğun həyata keçirildiyini diqqətə çatdıran deputat deyib: “Hər kəsə məlumdur ki, erməni vandalları işğal altında olan ərazilərimizdə mədəni irsimizə, infrastruktura nə kimi ziyanlar vurub. Ölkə ictimaiyyəti ilə yanaşı, səfirlər, diplomatik nümayəndələr bu ərazilərdə olub və bu hadisələrə öz gözləri ilə şahidlik ediblər. Dağıdılan infrastrukturla yanaşı, həmin ərazilərin minalanması və minaların bu gün də həyati təhlükə yaratması əslində beynəlxalq təşkilatların diqqətində olan məsələ olmalıdır. Təəssüflər olsun ki, əldə olunan şanlı Qələbədən bu yana biz beynəlxalq təşkilatlardan hər hansı adekvat addım görmürük. Əksinə Edillidə növbəti erməni vandalizminin şahidi olduq. Orada aşkar edilən məzarlıq bir daha onu deməyə əsas verir ki, erməni vandalizminə qarşı mübarizə daim aparılmalı və beynəlxalq birlik düşmənin bu kimi əməllərinə hüquqi qiymət verməlidir.

Sərhədlərin delimitasiyası üzrə müvafiq komissiyaya müəyyən ümidlər yaranıb. Hesab edirik ki, bu komissiya qısa zamanda sərhədin müəyyən olunması, problemin həlli istiqamətində əməli addım atacaq. Bununla da regionda yeni geosiyasi mühit formalaşacaq ki, bu mühitdən nəinki region dövlətləri o cümlədən Avropa və digər dövlətlər müsbət şəkildə yararlanacaqlar. Burada söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz günümüzün əsas məsələsidir. Təbii ki, belə beynəlxalq layihənin reallaşmasına qarşı olan qüvvələr var. Müxtəlif bəhanələrlə Ermənistana dolayısı ilə dəstək verirlər. Müəyyən bəyanatlar səsləndirirlər. Ancaq bu kimi dəstəklər və bəyanatlar Zəngəzur dəhlizinin qarşısına bənd ata bilməyəcək və bu layihə reallaşacaqdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki