image-qanunla-reklam
image-bayraq_meydani_120715

Azərbaycan qadınlarının ilk qurultayı

image-lady-day-az

Azərbaycan qadınlarının ilk qurultayı.

1998-ci il sentyabrın 25-də a Azərbaycan Qadınlarının I Qurultayı baş tutmuşdu. Qurultayda iştirak edən Azərbaycan qadınlarının əksəriyyəti bu tarixi Ümummilli Lider Heydər Əliyevin iştirakı və həmin tədbirdəki təsirli çıxışı ilə xatırlayır. İki gün davam edən qurultayda respublika qadınlarını iki mindən çox nümayəndə təmsil edib. Onların əksəriyyəti bölmə iclaslarında çıxış edib öz ürək sözlərini cəmiyyətə çatdırmaq imkanı qazanıb. Məhz bu qurultay Müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olub. Ulu Öndər Heydər Əliyev öz çıxışında deyib: “Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”. Müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olunub. Bundan sonra ardıcıl olaraq Azərbaycan Qadınlarının Qurultayı baş tutub.

Ümumiyyətlə, 1998-ci il Azərbaycanın müasir qadın hərəkatı tarixinə qızıl hərflərlə yazılmalıdır. Bəlkə də qadınların bugünkü nailiyyətlərinin əsası məhz 1998-ci ildə qoyulub. Belə ki, Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam verib. Aradan iki il keçdikdən sonra Ulu Öndər Azərbaycan qadınlarını daha bir möhtəşəm Fərmanı ilə sevindirib. Bu sənəd qadınların həyatının demək olar bütün sahələrini əhatə edib. 2000-ci il martın 6-da imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanda bir çox məsələlər öz parlaq əksini tapıb. Bu tarixi sənəddə qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçilik sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması, iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərinin rəhbər tutulması, qadınlarla kişilər arasında bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğu problemlərinin həlli yolları və digər məsələlər mühüm yer tutub.

Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib.

Çox müsbət bir haldır ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də uğurla davam edir. Azərbaycanda qadınların inkişafı məqsədilə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilib, qanunvericilik aktları qəbul edilib. Prezident cənab İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır. Bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Ölkədə qadın siyasətinin əsasını qoyan şəxs.

Ulu Öndər Heydər Əliyev zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır. Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Ulu Öndər Heydər Əliyev millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür.

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. Onun qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. Zərifə xanım Əliyevaya verdiyi yüksək dəyər heç kimin diqqətindən yayınmazdı. Hər kəs onların bir-birilərinə necə qarşılıqlı hörmət münasibəti bəslədiklərinin şahidi olmuşdur.  Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.

Bu gün dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident cənab İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.

Hər bir Azərbaycan qadınının uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Qadınların seçib-seçilmək hüququ.

Azərbaycan qadını qəhrəmanlığı və igidliyi ilə daima seçilmişdir. Öz varlığı ilə cəmiyyətə sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət, ismət və sədaqət sözlərini ehtiva edən  Azərbaycan qadını adı bir o qədər də dərin cəsurluq simvoludur. Azərbaycan qadınları tarixin bütün dövrlərində istedadı, zəkası, milli-mənəvi dəyərlərə sədaqətləri ilə dünyaya nümunə olublar. Müdrikliyi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında müstəsna rol oynayan Azərbaycan qadınları eyni zamanda, milli dövlət quruculuğu prosesinə, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasına dəyərli töhfələr veriblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Tarix boyu milli dəyərlərə sadiq qalan qadınlarımız müqəddəs ana şərəfini uca tutaraq ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Bu gün dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Vətənini, xalqını hədsiz dərəcədə sevən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazı dünyada ləyaqətlə təmsil edilir. Bəşəri idealların təntənəsinə xidmət edən Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkəmizi inkişafına, tərəqqisinə böyük töhfələr verirlər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azərbaycan qadının ölkənin tərəqqisində danılmaz payı var.

Azərbaycanda qadınların ictimai-siyasi fəallığının artırılmasına, onların cəmiyyətin bütün sahələrində uğurla təmsil olunmalarına və digər məqsədlərə yönəlmiş qadınlar siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması, onların təhsili, məşğulluğu, vəzifə pillələrində irəliləyişi üçün mühüm addımlar atan Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün mahiyyətinə uyğun bir tərzdə davam etdirdi. Ulu Öndərin ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında tarixi zərurət kimi meydana çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə və bu prosesə öz töhfəsini vermək istəyən Azərbaycan qadınlarının birlik, bərabərlik ünvanı oldu.
Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qadınlarımız Onun milli inkişaf strategiyasının fəal dəstəkçiləri oldular. 1995-ci ildə Ulu Öndərin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşayiət olunurdu. Heydər Əliyevin siyasi ideyalarının arxasınca gedən Azərbaycan qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü yaxından dəstəkləyir, bu şuranın işində fəal iştirak etmək üçün dəstə-dəstə Yeni Azərbaycan Partiyasının sıralarına gəlirdilər. Azərbaycan qadınlarının tarixdə ilk dəfə bu qədər böyük mütəşəkkilliklə bu prosesə qoşulmaları onların Ümummilli Liderin həyata keçirdiyi müdrik siyasətə sonsuz inamının ifadəsi idi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadınının cəmiyyətdəki roluna verdiyi dəyər və Azərbaycan qadınının Heydər Əliyev siyasətinə verdiyi yüksək dəstək ölkədə qadın fəallığı ənənələri tarixinə yeni salnamələr yazdı.

Bu gün Azərbaycan qadını Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyini, özünün, doğmalarının stabil bir cəmiyyətdə güvənli, təhlükəsiz həyatını, həmçinin sosial rifah halının davamlı surətdə yaxşılaşmasını görür. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan qadını ilə bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrildi, qadınların problemləri dövlət rəhbərliyinin ən yüksək diqqət və qayğısı ilə əhatə olundu.

8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki