Azərbaycan Prezidenti İlham Əliyevin “Xarıbülbül” festivalının bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.
Mayın 12-13 tarixlərində Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan xalqı üçün nəinki mədəni, siyasi baxımdan da xüsusi əhəmiyyətə malikdir. Musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı Azərbaycan musiqisində multikulturalizm mövzusunda təqdim edilib. Bu festival Şuşanın Cıdır düzündə beynəlxalq aləmə xalqımızın haqq-ədalət savaşında tarixi qələbəsinin təntənə mesajı Azərbaycan xalqının milli birlik və həmrəyliyinin parlaq göstəricisi idi. ”Xarıbülbül” festivalı bu torpağın övladlarının Qarabağın incisi, mədəniyyər beşiyi döyünən ürəyi-Şuşanın belə tarixi ruhu ilə nəfəs aldıqlarının ifadəsi olaraq diqqət çəkdi. Möhtəşəm tədbirdə müxtəlif xalqların mədəniyyətini,musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar bir daha Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasının və bu birliyin İkinci Qarabağ müharibəsində tarixi qələbəmizi şərtləndirdiyinin Müzəffər Ali Baş Komendan İlham Əliyevin vurğuladığı kimi çox konfessialı, çox millətli bir respublikada inkişafın,milli həmrəyliyin,sülh və əmin-amanlığın təsdiqi idi. Təbii ki, bütün bunlar xalqımızın böyüklüyü, gələcəyə baxışının bir göstərəcisidir.
“Xarıbülbül” festivalının geniş televiziya ekranından ulu öndər Heydər Əliyevin işğal altındakı ərazilərimizin, o cümlədən Şuşanın azad ediləcəyi əminliyini ifadə edən tarixi çıxışı isə dahi şəxsiyyətin müdrikliyini, uzaqgörənliyinin təcəssümü idi.
Belə bir böyük mədəni tədbirin keçirilməsi ilə biz bey-nəlxalq aləmə onuda mesaj verdik ki,qısa müddətdə tarixi şəhərimizi dünyanın ən gözəl və abad yerlərindən birinə çevirəcəyik. Şuşa yenidən mədəniyyət paytaxtı, tarixi məkan kimi öz əhəmiyyətini qoruyub saxlayacaq.
Yaşasın Şuşa!
Yaşasın Qarabağ!
Yaşasın Azərbaycan!
Abbəkirova Arzu,
Saatlı rayon A.Çaxoyev adına Fətəlikənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi



















