Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi Şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev bütün bunlarla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
İqtisadi inkişafın davamlılığının və əhalinin sosial müdafiəsinin təmin edilməsi həmişə olduğu kimi, yenə də Azərbaycan dövlətinin başlıca prioritetləri sırasındadır. Bunu növbəti ilin Milli Məclisin komitələrində və plenar iclaslarında ətraflı və geniş müzakirə olunduqdan sonra qəbul edilən dövlət büdcəsi bir daha təsdiqləyir. Bunlarla yanaşı, makroiqtisadi sabitliyin qorunması və milli valyuta məzənnəsinin dayanıqlılığının artırılması, koronavirus pandemiyası ilə mübarizə, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri və bir çox digər məsələlər də diqqət mərkəzindədir. Belə ki, cənab Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində cari ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində artım müşahidə olunub və bu, gələn il iqtisadiyyatımızın həmin artım mərhələsini davam etdirəcəyini proqnozlaşdırmağa imkan verir. 2022-ci ilin büdcəsində məhz işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi tamamilə obyektiv, önəmli və təqdirəlayiqdir və dövrün, zamanın çağırışlarına adekvatdır. Nəzərdə tutulan büdcə sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızın sosial rifahının qorunub saxlanılmasına və yaxşılaşmasına imkan verəcək.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan həm də, güclü, vətəndaş mərkəzli sosial siyasətə malikdir.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



















