image-qanunla-reklam
image-219166244_974154493127942_8652615070956253063_n

Azərbaycan ordusu bütün sədləri darmadağın edərək şanlı Qələbəmizi bizə bəxş etdi

image-lady-day-az

Azərbaycan ordusu bütün sədləri darmadağın edərək şanlı Qələbəmizi bizə bəxş etdi.

 

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan 30 ilə yaxın bir zamanın keçməsinə baxmayaraq işğalçılıq niyyətindən əl çəkmir, əksinə olaraq yeni ərazi iddiaları edərək Tovuz ərazilərinə hücumlar edirdi. Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etməyən Ermənistan silahlı qüvvələri işğal altında saxladığı ərazilərimizi nəinki boşaltmaq, əksinə burada beton stekamlar qururdu. Uzun illər aparılan sülh danışıqları fayda vermir, ermənistan tərəfindən pozulurdu. Bunu görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz uzaqgörən siyasəti nəticəsində ərazilərimizin işğaldan azad olunması üçün Azərbaycan ordusuna hücum əmri verdi. Otuz ilə qədər düşmən işğalında olan ərazilərimizdə nə qədər möhkəmlənməsinə baxmayaraq Azərbaycan ordusu bütün sədləri darmadağın edərək şanlı Qələbəmizi bizə bəxş etdi. Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu döyüşlərdə çoxlu sayda qəhrəmanlıqları ilə dünya hərbi tarixinə qızıl hərflərlə həkk olundu. Müasir döyüş silah-sursatları ilə təchiz olunmuş Azərbaycan döyüşçüləri öz dədə-baba torpaqları uğrunda apardığı 44 günlük şanlı döyüş tarixində bir addım belə geri çəkilməmişdir. Bu qanlı döyüşlərdə müasir uçuş aparatları və onlardan səmərəli şəkildə istafadə, yüksək atış dəqiqliyi, düşmən artileriyasına və ağır texnikalarına qarşı sərrast, məhvedici zərbələr aparıcı ölkələrin diqqətini Azərbaycan ordusuna cəlb etmişdir. Azərbaycan ordusunun yüksək dağ relyefində, sıldırım qayalar üzərində yerləşən Qarabağın tacı olan Şuşa şəhərinə adi yüngül əl silahları ilə hücumu onu göstərdi ki, qəhrəman Azərbaycan ordusu qarşısında heç bir ordu güvvəsi dayana bilməz. Nəhayət Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazisindən tam və qeyri-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qərarlarını özü yerinə yetirdi. Ona görə də sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır.

Vəliyeva Südabə Eminağa qızı Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki