image-qanunla-reklam
image-photo_162769

Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir

image-lady-day-az

Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir

Dekabrın 14-də Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.

Dövlətimizin başçısı tədbirdə bildirib  ki, hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib.

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir”, – deyən Prezident cənab İlham Əliyev qeyd edib ki, bu ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Bu gün Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilən Azərbaycanda qeyd edilən istiqamətdə diqqət çəkən məqamlardan biri də “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə bağlıdır. Artıq bu layihəyə dünya miqyasında böyük maraq ifadə olunur.

Avropa ilə Asiyanın qovuşağında, “İpək Yolu”nun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Belə infrastrukturların qurulması “İpək Yolu” marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr.

Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edir. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur . Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.

Prezidentimiz cənab İlham Əliyev  qeyd edib ki, Vətən Müharibəsi nəticəsində  Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı: “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbinin direktor əvəzi-Kəmalə Məmişova

 

Etibarlı əməkdaşlığın obyektiv əsaslar

Dekabrın 14-də Türkmənbaşı şəhərində ölkə başçımız cənab İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub. Qeyd edək ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər son illərdə böyük sürətlə inkişaf edir. Bu ilin martında Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin isə iyunda Aşqabada səfərləri reallaşıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında həyata keçirilən bu görüş iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçirilib.

Dövlət başçımız bildirib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir: “Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”.

Demək olar ki, bu görüş Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində önəmli rol oynayacaq. Nəqliyyat və tranzit potensialının bütövlükdə reallaşdırılması hər üç ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkmənistanın enerji ehtiyatları baxımından zənginliyi Türkiyə ilə birləşərək hər üç ölkəni qlobal enerji mərkəzinə daşıyacaq. Həmçinin enerji, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə keçirilən görüşündə çıxışı zamanı ölkə başçımız İlham Əliyev bildirmişdirki; “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq”.

Türk dövlətləri arasında xüsusilə son illərdə möhkəmlənən əlaqələrin həm siyasi, həm də iqtisadi baxımdan sürətlə inkişaf etməkdədir. Türk dövlətləri arasında olan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bu gün əlaqələrin bütün istiqamətlərdə rəvan inkişaf etdirilməsinə imkan verir. Azərbaycanın bu gün həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Ötən il Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi və 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında əlaqələri strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Azərbaycan, Türkiyə və Türkmənistan beynəlxalq təşkilatlarda hər zaman bir-birinə dəstək göstərir, əməkdaşlıq edirlər.Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq hər il genişlənir. Eyni kökdən və soydan olan qardaş ölkələr arasında bundan sonra da əlaqələr əhatəli şəkildə inkişaf edəcəyi şübhə doğurmur. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar yeni inkişaf və əməkdaşlıq imkanlarını da ortaya çıxardı. Azərbaycanın yürütdüyü planlı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova

 

Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun görüşü olub. Dövlətimizin başçısı deyib ki, hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib. Həmçinin dövlət başçımız bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır: “Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”.

Bu gün Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilən Azərbaycanda qeyd edilən istiqamətdə diqqət çəkən məqamlardan biri də “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə bağlıdır. Şərq-Qərb” nəqliyyat dəhlizinin  cəlbediciliyi ilk növbədə onunla ölçülür ki, o, eyni zamanda Rusiyanın, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın daha əlverişli dəhliz vasitəsilə Avropa və dünya bazarlarına, o cümlədən geriyə çıxışını asanlaşdırır. Xüsusən Bakı-Tiflis-Qars istifadəyə veriləndən sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza, sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən geriyə daşınan yüklərin çatdırılması müddəti dəniz daşımalarına nisbətən iki dəfədən çox qısalıb. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

Zəngəzur dəhlizi.

Azərbaycanın haqq işi olan Vətən Müharibəsindəki qələbəsi Azərbaycan üçün yeni üfüqlər açmışdır. Qələbə tarixən itirilmiş Azərbaycan torpaqlarının azad edilməsi, dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmağa imkan vermişdir. Vətən müharibəsindəki qələbə dünya iqtisadiyyatında yeni səhifənin açılmasına səbəb olmuşdur. Yeni logistik layihələrin həyata keçrilməsi Şimal-Cənub, Şərq-Qərb ticarət yollarının aktiv fəaliyyətə keçməsini təmin edəcəkdir. Bu iqtisadi imkanlar təkcə vətənimiz üçün deyil, həm də qonşu ölkələrin iqtisadiyyatının inkişafına səbəb olacaqdır. Azərbaycanın Qərbi Zəngəzur torpaqlarının SSRİ tərəfindən qanunsuz şəkildə Ermənistana verilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəsini kəsmişdir. Bu siyasət təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyasının qarşılıqlı siyasi-iqtisadi əlaqələrinə böyük zərbə vurmuş, ənənəvi Şərq-Qərb ticarətində bir sədd funksiyasına çevrilmişdir. Bu gün biz tarixin ən güclü, ən şanlı Azərbaycan dövlətinin şahidiyik.

Hazırda Azərbaycan regionun ən qüvvətli dövlətidir. Dövlətimiz istər iqtisadi, istər siyasi sferada region ölkələrini açıq şəkildə qabaqlamaqdadır. Məhz bu xüsusiyyətlər Azərbaycanın tarixi torpaqlarını birləşdirməyə, bütün dünya azərbaycanlılarının hüquqlarını müdafiə etməyə imkan verir. Respublikamız hazırda əsas logistik layihələrdən biri olan Zəngəzur Dəhlizi məsələsini qısa zamanda həll etməkdir. Zəngəzur Dəhlizinin açılmasıı “Üçtərəfli Bəyanata“ əsaslanır. Ermənistan dövləti dəhlizin açılmasını ləngitmək istəyir. Bunun üçün də hər dəfə müxtəlif bəhanələr gətirməkdədir. Azərbaycan dövləti dəhlizin açılması üçün üzərinə götürmüş olduğu bütün öhdəlikləri lazımi qaydada yerinə yetirməkdədir. Cənab Prezident İlham Əliyev son çıxışında dəhlizin Azərbaycan hissəsindən keçən yollarının 2024-cü ildə tam hazır olacağnı vurğulamışdır. Zəngəzur dəhlizinin reallaşması regionun sürətli inkişafını təmin edəcəkdir. Bu layihədən Azərbaycan, Türkiyə, İran, Rusiya, hətta Ermənistanın özü də böyük gəlirlər əldə edəcəkdir. Dəhliz tarixən mövcud olan, sonralar işğallar nəticəsində kəsilən türk xalqlarının ənənəvi siyasi-iqtisadi əlaqələrinin bərpa olunmasına və inkişafına səbəb olacaqdır. İstənilən qüvvə Azərbaycanı öz haqq işindən yayındırmaq gücündə deyil. Azərbaycan Zəngəzur Dəhlizin açılması üçün mümkün olan bütün qüvvələrindən istifadə edəcəkdir.

 Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin  müəllimi- Məmmədov Eşqin  

 

İqtisadi əməkdaşlığın inkişaf dinamikası

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyatlogistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanmış Şuşa Bəyannaməsinə əsasən münasibətlər strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyatkommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

 Zərdab rayon  Xasa kənd ümumi orta məktəbin direktoru -Qasımova Marusa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki