image-qanunla-reklam
image-1644555807-3093769

“Azərbaycan Nəşriyyatı” 4 milyon kapitalla dövlət qeydiyyatına alındı

image-lady-day-az

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC-ni dövlət qeydiyyatına alıb.

“Qanunla.az” xəbər verir ki, yeni kommersiya qurumu nəşriyyatın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 4 078 550 manat, qanuni təmsilçisi isə gözlənildiyi kimi Leyla Ağa Əli qızı Güləliyevadır.

Xatırladaq ki, Nazirlər Kabineti bu il yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki