image-qanunla-reklam
image-7e36d294-9bda-378c-a006-2e7d21241cf9_850

Azərbaycan NATO ilə tərəfdaşlıq münasibətindəydi və bu blokla əlaqələri taraz saxlamağı öz dövlət suverenliyinin qorunması üçün əhəmiyyətli sayırdı

image-lady-day-az

Azərbaycan NATO ilə tərəfdaşlıq münasibətindəydi və bu blokla əlaqələri taraz saxlamağı öz dövlət suverenliyinin qorunması üçün əhəmiyyətli sayırdı

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib, dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdən sonra brifinq keçirilib və bu zaman Azərbaycanın NATO ilə apardığı dialoqun uğurla davam etdiyi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq uzun tarixi olduğu qeyd olunub.

Gerçəkdən də, SSRİ dağıldıqdan, keçmiş SSRİ respublikaları milli mənzillərə dağıldıqdan sonra xarici siyasətdə ilk müstəqil addımlarını atdıqları vaxt Azərbaycanla Şimali Atlantika Bloku arasında təmaslar başqa müttəfiq respublikalardan fərqli olaraq daha isti idi. O zamanlar Baltikyanı ölkələri çıxmaq şərti ilə digər keçmiş SSRİ respublikaları NATO ilə ciddi ara məsafəsi saxlayırdılar, Azərbaycan isə NATO ilə tərəfdaşlıq münasibətindəydi və bu blokla əlaqələri taraz saxlamağı öz dövlət suverenliyinin qorunması üçün əhəmiyyətli sayırdı.Bu uzun illərdə, Prezidentin də dediyi kimi, ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olub, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib, hərbçilərimiz NATO üzvü olan ölkələrin əsgərləri ilə çiyin-çiyinə ən riskli bölgələrdə xidmət keçib.

Bu tərəfdaşlıq ordumuzun NATO standartlarına keçidi üçün yaxşı zəmin idi. Çünki sovet dövründən qalma, “dedovşina” rejiminin hökm sürdüyü, türmə, eləcə də cəngəllik qanunlarını (güclülər zəifləri əzə bilər) xatırladan qaydalarla idarə olunan ordu ilə uzağa getmək olmazdı.

Biz dövlət olaraq anlayırıq ki, iki nəhəng hərb maşınının toqquşması zamanı arada qalacaq bufer olmaqdansa, neytral olmaq daha yaxşıdır. Hazırda NATO Rusiyanın əhatəsində olan dövlətləri ona qarşı qoymaq üçün çabalayır, eyni zamanda Rusiya da öz əhatəsində olan dövlətlərin NATO ilə yaxınlaşmasını həzm etmir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Müstəqillik dövründə Azərbaycan və NATO-nun münasibətləri kifayət qədər isti olub və sağlam əməkdaşlıq səciyyəsi daşıyıb

Son illərə qədər ordumuzda sovet-rus hərb məktəbinin müdavimləri rəhbər mövqedəydilər və onlar ordunun qəti addımlarla NATO standartlarına keçidinə mane olur, sabotaj edirdilər. Bu mərəzi cərrahi yolla müdaxilə etmək mümkünsüz idi, ölkə ordusuz qalardı. Ona görə bu problemlər zamanla həl olundu, Türkiyədə yeni düşüncəli zabit kadrlarının hazırlığına start verildi, nəhayət, Azərbaycan ordusu rəhbər kadrlar baxımından NATO-ya yaxınlaşdı.Ancaq bu, NATO ilə siyasi yaxınlaşma deyildi. Çünki NATO ilə siyasi yaxınlaşma təhlükəli idi. Karbohidrogen ehtiyatlarının qiymətinin kəlləçarxa qalxması ilə qısa müddətdə trilyonlar qazanan, iqtisadiyyatını düzəldən, neoimperiya ambisiyaları yenidən güclənən Rusiya əski hərbi və siyasi qüdrətlini bərpa etməyə çalışarkən, yaxınında yerləşən dövlətlərə münasibətdə “kim mənimlədir, kim düşmənimin tərəfindədir” siyasəti yeritməyə başlamışdı. Bu zaman NATO üzvü olmaya-olmaya, NATO tərəfindən müdafiə olunacağının təminatını almadan özünü NATO-nun səfində göstərmək, Rusiyaya qarşı durmaq ağılsızlıq olardı, salamatı neytral olmaq idi.

Azərbaycan məhz o yolu tutdu, nə NATO -ya üzvlük üçün müraciət etdi, nə də “rus NATO-su” adlandrılan KTMT-nin üzvlüklə bağlı müraciətlərini müsbət cavablandırdı. Hər iki blokdan kənarda qalan Azərbaycan öz hərbi qüdrətini gücləndirməyə qərar verdi. Bunun nə dərəcədə uğurlu olduğu 2020-ci ildən ta günümüzə qədər təkrar-təkrar təsdiq edilməkdədir.

Brifinqdə Prezident İlham Əliyev ordimizda aparılan islahatların yaxşı nəticələr verdiyini qeyd edərək deyib: “Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”.

İndinin özündə də biz nə qədər öz ordumuzu NATO standartları ilə inkişaf etdirsək də, bu hərbi blokla siyasi yaxınllğın, vahid stukturda inteqrasiyasının təhlükəli olduğunu anlayırıq. Rusiyanın NATO üzvü olmaq istəyən Ukrayna və Ermənistana münasibəti göz önündədir.

Prezidentin Yens Stoltenberqlə görüşdən sonra mətbuata verdiyi açıqlamalarda daha çox Ermənistanla sülh danışıqlarına, ATƏT-in Minsk qrupunun fəaliyyətinin 28 il boyunca nəticəsiz qalmasına, NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşları olmasına vurğu etməsi də göstərir ki, heç bir görüş, zəng ölkəmizi nəhəng hərbi bloklarla ünsiyyətdə tutduğu neytral mövqeyini dəyişdirməsinə sövq etməyəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki