image-qanunla-reklam
image-pp3

Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir

image-lady-day-az

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı danışdı.

Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırdı. Azərbaycan Prezidentinin söylədiyi fikirlər və verdiyi cavablar bir sıra qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar formalaşdırdı.

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının çoxalması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Prezident İlham Əliyevin konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən danışarkən əgər Ermənistan sülh istəmirsə, sülhün olmayacağını vurğuladığını deyən deputat qeyd edib: “Sülh sazişinin daha çox Ermənistanın marağına xidmət etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti vurğuladı ki, tarix onlara dərs verməlidir. Azərbaycan lideri regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir.

Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, ölkəmiz sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün region üçün faydalı olacaq”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Prezident İlham Əliyev konfransdakı çıxışında Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans dövlətimizin haqq səsinin növbəti təzahürü oldu.

Bu konfrans Azərbaycanın dünyadakı roluna diqqət çəkməklə yanaşı, dövlətimiz üçün prioritet olan istiqamətlərin bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdi: “Hər şeydən öncə qeyd edim ki, bu, ADA Universitetinin təşkilatçılığı ilə təşkil edilən ilk beynəlxalq konfrans deyil. ADA Universiteti bundan əvvəl də bir sıra beynəlxalq konfransların təşkilatçısı olub ki, bu tədbirlərin hər biri özünəməxsusluğu ilə yadda qalıb. Şuşadakı beynəlxalq konfrans və bu konfransda Prezident İlham Əliyevin çıxışı isə müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Prezident İlham Əliyev konfransdakı çıxışında Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Heydər Əliyevin hələ sovet dönəmində sərt ideoloji əngəllərə rəğmən Azərbaycanın inkişafı istiqamətində ciddi addımlar atdığını bildirən dövlət başçısı, Ulu Öndər tərəfindən atılan bir çox addımların ölkəmizin müstəqilliyinə hesablandığını da vurğuladı. Prezident qeyd etdi ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və bu arzu reallığa çevrildi.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi də Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlət başçısı qeyd etdi ki, belə bir sülh müqaviləsinin imzalanması bütün regionda sülhün və təhlükəsizliyinin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Prezident haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib.

Azərbaycanın Rusiya, ABŞ, İran, Orta Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Prezident İlham Əliyev Şuşadan dünyaya növbəti dəfə sülh və həmrəylik çağırışı etdi

Azərbaycan xalqının istiqlal arzusunun gerçəkləşməsi dönəmində erməni separatizmi xarici havadarları ilə birgə ölkəmizə Qarabağ dərdi yaşatdı. Müstəqilliyin ilk illərində yarıtmaz hakimiyyət səbəbindən torpaqlar işğal olundu, insanlarımız yurd – yuvasından didərgin düşdülər. Şuşa xarici və daxili düşmənlərin satqınlığı ucbatından xaincəsinə təslim edildi və bu, son deyildi. Həmin vaxt Azərbaycan Qarabağdan əlavə, öz müstəqilliyini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev olmasaydı, bugünkü qüdrətli və müstəqil Azərbaycan da yox idi. Şuşanı, Qarabağımızı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Bu, xoşbəxtlik xalqımıza illər sonra nəsib oldu. Prezident İlham Əliyevin mahir sərkərdəliyi altında Ulu Öndərin yaratdığı, qurduğu qəhrəman Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdi. Ölkə başçısı fövqəladə xidmətləri ilə Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini reallaşdırdı. İndi Qarabağ, Şuşa halallığa qovuşub, əsl sahibinə və əzizlərinə qucaq açıb. Otuz ilə yaxın düşmən tapdağı altında inləyən Şuşa bu gün doğma adamların əhatəsində, azad və xoşbəxt həyatını yaşayır. Həm coğrafi, həm də mənəvi baxımdan yüksəklikdə olan zəfər qalamızda müqəddəs bayrağımız dalğalanır.

Sevindirici haldır ki, azadlığı uğrunda gedən döyüşləri ilə dünyaya səs salan doğma Şuşa beynəlxalq konfransların keçirildiyi ünvana çevrilib.

Çünki Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlının ən ümdə arzusu idi. “Görəsən, biz qala şəhərimizi yenidən görə biləcəyikmi, bu mümkündürmü?” sualı hər bir vətənpərvər insanımızı daim düşündürüb, xəyala qərq edib, kövrəldib. Amma son iki əsrdə ilkə imza ataraq Ali Baş Komandan Qarabağı və Şuşanı işğaldan azad edərək Vətəni bütövləşdirən sərkərdə kimi tariximizi zəfərlə şərəfləndirdi, arzularımızı gerçəyə çevirdi. Şuşanın azad olunması könül toxtaqlığı, yaramıza məlhəm oldu.

Ruhumuzun qida yeri olan azad Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi və tribunada Prezident İlham Əliyevin qəhrəman xalqın qəhrəman Lideri kimi nitq söyləməsi çox qürurverici idi. Prezident İlham Əliyevin tədbirdə söylədiyi əhatəli nitqi böyük rəğbətlə qarşılandı.

Prezident ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdakı çıxışında dünya düzəni üçün nümunə sayılacaq Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsindən danışdı. Haqlı olaraq qeyd etdi ki, Şuşada imzalanan bu Bəyannamə tarixi hadisə idi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövlətlə son iyirmi ildəki əlaqələr iki ölkə rəhbərlərinin heyrətamiz siyasəti nəticəsinə qardaşlıq münasibətindən müttəfiqlik zirvəsinə qalxıb.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Prezident İlham Əliyev konfransda sabitliyin və təhlükəsizliyin təminatı olan müttəfiqliyin qorunub saxlanılacağına və güclənəcəyinə əminliyini ifadə etdi

“Prezident vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar, tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. Tədbirdə dövlətimizin başçısı bildirdi ki, münaqişənin ədalətli həllini missiya kimi öz üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində fəaliyyətsiz oldu. Bunun əsas səbəbi kimi Ermənistanın torpaqları geri qaytarmaq istəməməsi idi. Humanizm prinsiplərinə həmişə sədaqətini nümayiş etdirən Azərbaycan Cənubi Qafqazda regional əməkdaşlıq, siyasi, iqtisadi münasibətlərin normallaşması üçün daim töhfələrini verib. Mehriban qonşuluq, qarşılıqlı hörmət, regional təhlükəsizlik rəsmi Bakının yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu gün məhz bu aspektdə yüksələn xətlə inkişaf edən Azərbaycan- Gürcüstan münasibətləri fikrimizin təsdiqidir. Azərbaycan bütün ölkələrlə sağlam əməkdaşlığa söykənən münasibət sərgiləyir. Ölkə başçısı konfransda, həmçinin Azərbaycanın sülh gündəliyindən danışaraq, buna çox təşəbbüs göstərdiyini, beynəlxalq hüququn normalarına uyğun olaraq beş prinsip irəli sürdüyünü bildirdi. Bununla da, Azərbaycan sülhpərvər ölkə olduğunu bir daha səmimi davranışları ilə nümayiş etdirir. Prezident iki ölkə arasında razılıq əldə olunmasının mümkünlüyünə toxunaraq, Azərbaycanla Ermənistanın vasitəçisiz, köməkçisiz birbaşa danışıqlar aparmasını ən optimal variant hesab etdi.

Konfransda eləcə də, ölkə iqtisadiyyatını, beynəlxalq layihələri şərh edən dövlətimizin başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün həmişə Azərbaycan tərəfindən dəstəkləndiyini və öhdəliyimizi yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırmaqla bildirdi ki, nəqliyyat infrastrukturunu daha da müasirləşdiririk. Çünki bu infrastrukturdan istifadə etməyə böyük maraq var. Azərbaycan eyni zamanda iriçaplı iqtisadi layihələrin davamı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Bu da qeyd olunduğu kimi ölkəmiz tərəfindən gələcək əməkdaşlığın fəal şəkildə qiymətləndilməsi deməkdir”.

ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şaferin bildirdiyi kimi, Azərbaycan BMT-in icra olunmuş qətnamələrini təkbaşına yerinə yetirdi. Çünki bu işğalı legitimləşdirmək istəyən qarşı tərəf bizə başqa seçim qoymadı. Azərbaycanın ərazi bütövlüyünün müzakirəsi olduğu bütün diplomatik masalarda, beynəlxalq tribunalarda Prezident İlham Əliyevin “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq” bəyanatı sadəcə söz deyildi və bütün dünya bunun real nəticəsini gördü. Bir sözlə, Azərbaycan liderinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirləri Ermənistan, o cümlədən sülh yaratmaq istəyən digər ölkə və təşkilatlar tərəfindən düzgün təhlil edilməli, regionun təhlükəsizliyi üçün Azərbaycanın yaratdığı reallıqlardan nəticə çıxarmalıdırlar. Çünki ənənəvi olaraq Azərbaycan tələblərində həmişə haqlı tərəf olub və öz ərazi bütövlüyünü qorumaq ölkəmizin suveren hüququdur.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü dövlətə çevrilir

Azərbaycanın Zəfər savaşının zirvə nöqtəsi heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi idi. Müzəffər Ali Baş Komandanın “Şuşasız bu qələbə yarımçıq olar” mesajı qalib ordunun hər bir azərbaycanlı üçün şərəf məqamına çevrilmiş Şuşanı azad etməsini mütləq zərurətə çevirmişdi.

Bu şad xəbəri xalqa çatdırarkən Prezident İlham Əliyevin “mən ata vəsiyyətini yerinə yetirdim” deməsi, ruhumuzun paytaxtı olan Şuşanın Ümummilli Lider tərəfindən dövlət və millət üçün hədəf göstərildiyini təsdiqləyir. Ulu Öndərin bütün çıxışlarında Şuşanı Qarabağın, Azərbaycanın bütövlüyünün simvolu kimi göstərməsi də bunun bariz ifadəsidir. Bu baxımdan dahi şəxsiyyətin anadan olmasının 100 illiyində azad Şuşa bir ayrı özəlliyə malikdir və bu məqsədlə qala-şəhərdə keçirilən tədbirlər Ümummilli Liderin ruhuna ən böyük sayğı və sevgidir.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 3-də Şuşada keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransı da bu sevginin əyani nümunəsi idi.

Nitqində TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.

Bu gün bölgədə şərtləri Azərbaycan diktə edir və bütün proseslər ancaq Azərbaycanın maraqları çərçivəsində aparıla bilər. Ermənistan bu reallığı dərk etməlidir. Əgər işğalçı dövlət 44 günlük savaşdan dərs götürməyibsə və sülhdən yayınırsa, “dəmir yumruq” yenidən işə düşəcək. Hadisələrin bu istiqamətdə inkişafı nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Azərbaycan regionun və hər bir tərəfin gələcəyi üçün sülh təklifində qalır. Bunu xoşluqla qəbul etməsələr, dövlətimizin qüdrəti milli maraqlarımızı güc yolu ilə qəbul etdirməyə çatacaq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Şuşa konfransı Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı aydın baxışlarının olduğunu bir daha göstərdi

Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən açıqlamalar verdi. Prezident İlham Əliyev çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam şəkildə ifadə etdi.

Dövlətimizin başçısının hazırkı proseslərin həm Ermənistan, həm də onun havadarları tərəfindən süni surətdə ləngidilməsinin nə Ermənistanın özü, nə də region üçün yaxşı heç nə vəd etmədiyini bildirdiyini deyən hüquq müdafiəçisi Prezident İlham Əliyevin “əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq” fikrinə xüsusi diqqət çəkərək deyib: “Əlbəttə, dövlətimizin başçısı tam haqlıdır. Çünki Cənubi Qafqazda davamlı sülh olmadan regional sabitlikdən danışmaq mümkün deyil. Dövlətimizin başçısı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yalnız öz hasilatını ixrac etməklə kifayətlənmədiyini, Azərbaycanın digər ölkələrin, o cümlədən Qazaxıstanın enerji məhsullarının ixracı üçün hazır olmasını diqqətə çatdırdı. Lakin bunun üçün müəyyən şərtlərin mövcud olmasını, o cümlədən keyfiyyət məsələlərinin həll olunması yollarına dair kifayət qədər aydın olan açıqlamalar verdi. Məhz buna görə də Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır”.

Şuşa konfransı Azərbaycanın həm regional problemlərin həllində, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaq bir daha baxımından mühüm platforma oldu. Bu tədbir, həmçinin Prezident İlham Əliyevin regionun gələcəyi ilə bağlı aydın baxışlarının olduğunu bir daha göstərdi.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mayın 3-də Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda IV Beynəlxalq konfransda çıxışını öyrənməli, nitqimizdə yararlanmalı, fəaliyyətimizdə müvafiq qaydada tətbiq etməliyik. Türk dünyasının 2023-cü il üzrə Mədəniyyət paytaxtı olan Şuşada – bəli, məhz əziz Şuşada, məhz Heydər Əliyev İlində və məhz Prezidentin verdiyi ismarışlar təvafüqlükdür: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir”.

Dövlət başçısının çıxışında elə ismarışlar var, məsələn, Ermənistan və havadarları təxirəsalmadan nəticə çıxarmalıdır. “Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq”! – Yalnız bu üç cümlə özü çox mətləblərdən xəbər verir.

Birincisi, böyük Avrasiya geosiyasətinin keçmişini, bu gününü bilməyən, gələcəyini təsəvvür etməyənlər qəflət yuxusundadır və bir an öncə ayılmalarında (hamı üçün, ilk sırada özləri üçün) fayda vardır. Cırtdan, məğlub, monoetnik Ermənistan dövləti revanşizimdən qəti surətdə əl çəkməli, terrordan imtina etməli, sülhü alternativlərin ən yaxşısı, əvəzsizi kimi qəbullanmalı və bunu rəsmi qaydada təsdiq etməli, imzalamalıdır. Əgər bizim dövlət başçımız “sözümüz imzamız qədər keçərlidir” deyirsə və bu söz kəlama çevrilərək, dəfələrlə təsdiq olunaraq tarixi doğruluğunu sübut edibsə, o zaman Ermənistan hakimiyyəti heç olmazsa, imzasının arxasından qaçmamalıdır. Beynəlxalq hüquq normaları, 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsi, Azərbaycan və Ermənistanın üzv olduğu beynəlxalq qurum və quruluşların nizamnaməsindən irəli gələn öhdəliklər öz yerində, bəs Ermənistanın 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanatı unutması, təhrifi nə demək olur? 10 noyabr 2020-ci il Bəyanatına atılmış imzaların mürəkkəbi qurumamış onun Ermənistan tərəfindən pozulmasına cəhdləri necə başa düşməli? Belə cəhdlər kiçik fasilələrlə yenə davam edir. Doğrudur, hər dəfə Dəmir Yumruq öz işini görür, lakin Ermənistan nə məğlubiyyətindən dərs çıxarır, nə Avrasiyanın geosiyasətinin formalaşma mənbələrini, dərinlik və üfüqünü idrak edir, nə də sülhə etibar nümayiş etdirə bilir… Belə qeyri-ciddilik bir daha göstərmiş olur ki, ermənilərin dövlət qurma və onu yaşatma xarakteri, imkanı yoxdur.

“…İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”, – Prezident İlham Əliyev bu sözləri 2020-ci ilin 20 noyabrında Ağdamın azad olunması ilə Xalqa müraciətində demişdi. İlham Əliyevin 3 may 2023-cü ildə – Ağdamda mühüm təməlatmalar etdikdən bir gün sonra Şuşa şəhərində Ermənistanla bağlı verdiyi ismarıclar öncəki fikirlərinin davamı və inkişafı xarakterindədir: “Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar”… Bu isə Ermənistan üçün ən son şansların belə tükənmək üzrə olduğunu göstərir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Prezident cənab İlham Əliyev: “biz regionda baş verən proseslərə göz yuma bilmərik

Avropa Birliyinin təşəbbüsü ilə Brüsseldə, məlum Üçtərəfli Bəyanatın 3-cü tərəfi olan Rusiya ilə Moskvada, Soçidə dövlət başçıları səviyyəsindəki danışıqlar, nəhayət, bugünlərdə ABŞ-da xarici işlər nazirlərinin üçtərəfli formatda apardığı uzun müzakirələr arzuolunan nəticələrə gətirib çıxarmırsa, bunun tək bir səbəbi, səbəbkarı vardır: Ermənistan! Məsuliyyət Ermənistanın üzərindədir. Şəhərlər, vasitəçilər, günlər, aylar, illər dəyişir, Ermənista dəyişmir ki, dəyişmir. – Yenə destruktivlik, yenə yalan, riya, yenə vaxt uzatmaq cəhdi, yenə haqsız iddialar və s.

“Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”… Sanki nə 30 illik işğal, nə 3 illik postişğal dönəmi erməni başbilənlərinin həqiqətləri görməsini təmin etməyib… Ancaq indi elə bir durumdadırlar, havadarları belə onlardan bezib, havadarlarından belə qırğındırlar… Bu isə növbəti onilliklər üçün də erməni xalqının öz hərbi-siyasi rəhbərliyinin avantüralarından əziyyət çəkməkdə davam edəcəyinə dəlalət edir. Əslində, qıraqda havadar axtarmaq “strategiyası”ndan əl çəkib, Azərbaycanla, türkiyə ilə normallaşma sürəcinə başlamasa, zatən “Ermənistan” adlı şərti dövlət tam sıradan çıxacaqdır.

Bəli, “biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq”.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yuxarıda vurğulanan məqamları, dəyişən Ermənistan hakimiyyətlərinin dəyişməyən qeyri-ciddi davranışlarını xatırladaraq, Ermənistanın xilasının nədən asılı olduğunu söylədi: “Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.

…Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır”…

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan Liderinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans yerli və beynəlxalq medianın diqqət mərkəzində oldu. Konfransda Azərbaycanın region və dünyadakı roluna diqqət çəkildi. Həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Konfransın Şuşada keçirilməsi və Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. Azərbaycan Prezidenti, həmçinin ki, münaqişənin ədalətli həllini missiya kimi öz üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində fəaliyyətsiz oldu. Bunun əsas səbəbi Ermənistanın torpaqları geri qaytarmaq istəməməsi idi. Prezident Türkiyə ilə hərbi əməkdaşlıq, NATO ilə əməkdaşlığın perspektivləri haqqında da maraqlı fikirlər səsləndirdi. Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlıq regional təhlükəsizliyin qarantına çevrilib. Dövlətimizin başçısı Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsindən də danışdı. Azərbaycanın Rusiya, ABŞ, İran, Mərkəzi Asiya dövlətləri ilə münasibəti, regionun gələcəyi ilə bağlı baxış və düşüncələri, bölgədə sülhün, təhlükəsizliyin və tərəqqinin mövcudluğu üçün atılan və atılması nəzərdə tutulan addımlar da Prezidentimizin çıxışında ətraflı şəkildə yer aldı. Prezident İlham Əliyevin Şuşadakı çıxışı Azərbaycanın regiona, dünyaya və gələcəyə baxışını, eyni zamanda dövlətimizin sülhə, təhlükəsizliyə, qarşılıqlı hörmət və etimada verdiyi önəmi əks etdirən tarixi bir çıxış oldu. Prezident İlham Əliyev bu çıxışı ilə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz yolu ilə inamla gedir və heç bir qüvvə onu öz yolundan, öz inamından, öz həqiqətindən döndərməyə qadir deyil.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Şuşadan beynəlxalq ictimaiyyətə çatdırılan mesajlar

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib.

Ölkə başçımız beynəlxalq konfransda çıxışında deyib ki, biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.

Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi”.

Bəli, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan olunması haqqında Sərəncamı Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın yaradılmasının 270 il dönümü oldu. Eyni zamanda 2022 –ci ilin “Şuşa İli” elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisi olmaqla yanaşı dövlət başçısının xalqa bəxş etdiyi Qarabağ Azərbaycan olmaqla Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli tarixi hadisə idi. Belə ki, “Şuşa İli”ndə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin görülməsi, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bir daha göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ən əsası isə, düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti “Şuşa ili”ndə həyata keçirdi və bu proses bu gün də davam edir.

Ölkə başçımız bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: “Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi: “Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi”.

İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlətimizin başçısı qeyd edib: «İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki