image-qanunla-reklam
image-media-535830720_1320221712790937_4400580659550085797_n-l5au6nkp9igzsc1qh04j

Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün

image-lady-day-az

Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən rayonlara son səfəri özünün zənginliyi və əhəmiyyəti ilə seçildi. Dövlət başçısı səfər zamanı işğaldan azad edilən ərazilərdə görülən işlərlə tanış olub, bərpadan sonra yeni yaşayış yerlərinə köçən əhali ilə görüşüb.

Prezident və birinci xanım Kəlbəcər rayonuna səfər çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

Prezident İlham Əliyev Kəlbəcər şəhərində 4-cü və 3-cü yaşayış komplekslərinin də təməlini qoyub. Bildirilib ki, 4-cü yaşayış kompleksinə ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. 3-cü yaşayış kompleksində isə 476 mənzilin inşası planlaşdırılıb. Dövlət başçısı “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın, Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında da iştirak edib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.

Cənab Prezidentin Kəlbəcər rayonuna səfəri buraya əbədi yaşamaq üçün qayıtmış sakinlərin yaddaşında dərin və silinməz izlər qoyub. Onlara mənzillərinin açarlarını məhz İlham Əliyev təqdim edib. Dövlət başçısı sakinlərlə söhbətində bir sıra vacib bəyanatlar da səsləndirib. Dövlət başçısı qeyd edib ki, birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır. Cənab Prezidentimiz qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır”.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki