image-qanunla-reklam
image-557607447_1351873759625732_8353336502288080641_n

Azərbaycan-İtaliya münasibətləri də qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub

image-lady-day-az

Azərbaycan-İtaliya münasibətləri də qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub

Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafı qarşılıqlı səfərlərin dinamikliyində, dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi, cənab İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Hər iki səfər Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, bu quruma üzv dövlətlər arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb.  İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir.  İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və əsl strateji tərəfdaşlardır.

Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verir: “Həmçinin dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq səviyyədə təqdir edilir. Bütün ölkələr ilə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan daim yeni dostlar, tərəfdaşlar qazanır. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Hazırda yeni dünya nizamının formalaşdığı dövrdə Azərbaycanın bu yanaşmasına xüsusi önəm verilir, əlaqələrin yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkələrin sayı artır. Cənab İlham Əliyev suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən bu çağırışı xüsusi qeyd etdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək. Azərbaycan-İtaliya münasibətləri də qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki