image-qanunla-reklam
image-1700812443_ccec6d9e495d58678d4cf8467d9dfbcf

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

image-lady-day-az

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın dinamikası xüsusilə son illərdə nəzərəçarpacaq şəkildə artıb. Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi qarşılıqlı etimad mühitinin və əlverişli investisiya şəraitinin göstəricisidir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 470 milyon dollara, 2025-ci ilin ilk səkkiz ayında isə 547 milyon dollara çatması iqtisadi əlaqələrin sürətli artımını təsdiq edir. Bu artımda əsas amil Orta Dəhlizin səmərəli istifadəsi, nəqliyyat-logistika sisteminin modernləşdirilməsi və infrastrukturun qarşılıqlı inteqrasiyasıdır. Azərbaycan və Qazaxıstan arasında həyata keçirilən “2022–2027-ci illər üçün Yol Xəritəsi” bu inteqrasiyanın əsas strateji sənədlərindən biridir. Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən bu dəhliz Avropa ilə Asiya arasında yeni nəqliyyat arteriyasına çevrilməkdədir. Burada vahid tarif siyasəti, logistika mərkəzlərinin inkişafı və yük axınının optimallaşdırılması kimi mexanizmlər hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Enerji əməkdaşlığı sahəsində də ciddi nəticələr əldə olunub. SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı saziş Xəzər regionunda enerji təhlükəsizliyi sistemini gücləndirir. Aktau və Ələt limanlarının modernləşdirilməsi və logistika imkanlarının genişləndirilməsi bu marşrutun səmərəliliyini artırır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa-Asiya tranzit marşrutu kimi strateji mövqeyini möhkəmləndirəcək. İnfrastruktur sahəsində nəzərdə tutulan ən mühüm layihələrdən biri isə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. 2025-ci ilin martında Bakıda imzalanmış müqaviləyə əsasən, bu layihə 2026-cı ilin sonuna qədər tamamlanacaq və regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsi başlayacaq. Bu, həm iqtisadi rəqabət qabiliyyətini artıracaq, həm də informasiya təhlükəsizliyi və texnoloji müstəqillik baxımından strateji üstünlük yaradacaq. İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlıq da getdikcə genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə imzaladığı sazişlər bərpaolunan enerji mənbələrinin inkişafına, enerji sistemlərinin birləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına yönəlib. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın davamlı inkişaf konsepsiyasının formalaşmasında mühüm addım sayılır. 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə keçirilmiş Mədəniyyət Günləri xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edib. Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, onun yubileyinin və Mir Cəlal Paşayevin 115 illik yubileyinin birgə qeyd olunması bu əlaqələrin dərin mənəvi təməlini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən mədəni və elmi təşəbbüslər, o cümlədən Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması planları Türk birliyinin ideya-mədəni gücünü daha da artırır.

 

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki