image-qanunla-reklam
image-17308813032485923129_1200x630

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

image-lady-day-az

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoq olmuşdur. Bu, son üç ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana yeddinci dəfə səfər etdiyini qeyd etmişdir. Hər səfərində dinamik inkişafı, yeni uğurları müşahidə olunur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar qardaş Qazaxıstan xalqının ehtimadıdır. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımızı bildiririk. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək olar ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olmuşdur. Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər. Qazaxıstan Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşıdır. 27 oktyabr 2006-cı il tarixində Vyanada ATƏT-in Daimi Şurasının Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsi ilə bağlı xüsusi plenar iclasında Azərbaycan bu təklifi dəstəkləyib. 5 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Brüsseldə keçirilmiş ATƏT-in Nazirlər Şurasındakı çıxışında Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsinin Azərbaycan tərəfindən dəstəkləndiyini bir daha qeyd edib. Həmçinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində hər iki qardaş ölkə yüksək səviyyədə əməkdaşlıq edirlər. İki tərəfli görüşdə türk dövlətləri birliyinin inkişafına, eyni zamanda dost- qardaş Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi xüsusi töhfəsinə görə ölkə rəhbəri cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Altın Kıran” ordeni ilə təltif edilmişdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfəri çərçivəsində imzalanan sənədlər arasında Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir.

 

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki