image-qanunla-reklam
image-2f8278fb94_file1768

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

image-lady-day-az

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsində yüksək inkişaf dinamikasına malikdir.

Prezident cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində müsahibədə vurğuladığı kimi, “bu gün ölkələrimiz arasında fəal siyasi dialoq bütün sahələrdə əlaqələrin inkişafına yol açır.” Bu dialoq təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional sabitliyin möhkəmləndirilməsinə və iqtisadi inteqrasiyanın sürətləndirilməsinə mühüm töhfələr verir. Dövlət başçılarının qarşılıqlı hörmət və etimada əsaslanan siyasəti xalqlarımız arasında dostluq və qardaşlıq bağlarının dərinləşməsinə xidmət edir.

İqtisadi əməkdaşlıq da Prezident cənab İlham Əliyevin müsahibəsində xüsusi vurğulanan əsas istiqamətlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi: “İqtisadi əlaqələr dinamik şəkildə genişlənir, o cümlədən nəqliyyat-logistika və enerji sahələrində ortaq təşəbbüslər əsasında mühüm layihələr icra olunur.” Bu istiqamətdə həyata keçirilən birgə layihələr yalnız iqtisadi səmərə yaratmır, həm də regional tranzit imkanlarının artırılmasına və Orta Dəhlizin inkişafına xidmət edir. Azərbaycan–Qazaxıstan əlaqələrinin strateji mahiyyətini daha da möhkəmləndirir.

Müsahibədə ekoloji əməkdaşlıq da diqqət mərkəzində olub. Xəzər dənizinin dayazlaşması, su səviyyəsinin azalması və ekosistemin dayanıqlılığı üçün yaranan risklər fonunda Azərbaycan və Qazaxıstan arasında sıx koordinasiya və məlumat mübadiləsi aparılır. Regional və beynəlxalq  platformalarda Xəzərin mühafizəsinə dair birgə təşəbbüslərin irəli sürülməsi, artmaqda olan transmilli ekoloji risklərin idarə edilməsində ortaq məsuliyyət modelini möhkəmləndirir. Beləliklə, Xəzər dənizi artıq yalnız bir su hövzəsi deyil, həm də ölkələrimizin birgə məsuliyyət və əməkdaşlıq rəmzinə çevrilib.

Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir; mədəni əlaqələrin inkişafı qardaşlıq bağlarının möhkəmlənməsində mühüm rol oynayır.” Mədəni-humanitar əməkdaşlıq bu münasibətlərin mənəvi dayaqlarını təşkil edir. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili, Abay Kunanbayev, Oljas Süleymenov, Kemel Tokayev və Darxan Kıdırəlinin əsərlərinin Azərbaycan dilində nəşri, həmçinin beynəlxalq elmi simpozium və konfransların keçirilməsi xalqlarımız arasında mədəni yaxınlaşmanı və yaradıcılıq əlaqələrinin inkişafını dərinləşdirir.

Mahiyyət etibarilə, müsahibədə qeyd olunduğu kimi, Azərbaycan–Qazaxıstan əməkdaşlığı siyasi, iqtisadi, mədəni-humanitar və ekoloji sahələrdə çoxşaxəli xarakter daşıyır. Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar prinsiplərinə əsaslanan bu münasibətlər iki qardaş ölkənin davamlı inkişafının, xalqlar arasında dostluğun və regional sabitliyin möhkəm təməlini təşkil edir. Prezident cənab İlham Əliyevin Qazaxıstana nəzərdə tutulan dövlət səfəri isə bu əlaqələrin yeni mərhələyə yüksəlməsi və strateji əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki