image-qanunla-reklam
image-media-6-435-kt7vhq34e6zuomxwr805

Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir

image-lady-day-az

Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir

Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Hər İki ölkənin münasibətlərinin dinamikası qarşılıqlı səfərlərin ardıcıllığından da bunu aydın görünür. Belə ki, son üç ildə Prezident cənab İlham Əliyev qardaş ölkəyə yeddi, Prezident Kasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar isə bir daha isbatlayır ki, Azərbaycan və Qazaxıstan qardaş ölkələr, strateji tərəfdaşdırlar. Eyni zamanda, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur”.

Cənab Prezidentimizin sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir: “Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Eyni zamanda, bu gün iki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 170-yə yaxın sənəd imzalanıb və bu normativ hüquqi baza tədricən daha da genişlənir”. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr də xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 250 kommersiya qurumu qeydiyyatdadır. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 600 milyon dollara yaxın təşkil edib. Eləcə də Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Eləcə də 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Yeni imzalanmış sənədlər isə bu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə səbəb olur.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki