image-qanunla-reklam
image-media-media-4b29fa4e168364913175661141510777047-1w2ubfkyjq8shrg6moa4-bg7huxaf5eszy38c6m9j

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

image-lady-day-az

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır.

Dünya tarixində Azərbaycanın yeri həm də onun xalqının yetirdiyi şəxsiyyətlərin rolu ilə böyükdür. Tariximizdə dərin iz qoymuş həmin şəxsiyyətlər xalqın taleyüklü məsələlərini öz üzərinə götürüb, əhəmiyyətli strateji qərarlar qəbul edərək onu üzləşdiyi bəlalardan xilas edib, dövlətimizin mövcudluğunu qoruyub saxlayıblar. Belə dahilərdən biri də müstəqil, suveren, demokratik dövlət quran, onu beynəlxalq səviyyəyə yüksəldən, söz sahibi edən, xalqının xoşbəxt həyatını təmin edən Ulu Öndər Heydər Əliyevdir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımız üçün çox ağır bir dövrə təsadüf etsə də, müdrik rəhbər Azərbaycanı böyük bəlalardan, məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər az müddətdə dövlətçilik ənənələrinin yaranmasına nail oldu, sivil, dünyəvi, hüquqi dövlətin qurulmasına şərait yaratdı. Ölkədə ictimai-siyasi sabitliyə, cəbhədə atəşkəsə nail olmaqla gənc oğul və qızlarımızın ədalətsiz  müharibədə həlak olmalarının qarşısını aldı.

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Dahi şəxsiyyət rəhbərlik etdiyi xalqın bütün istəklərini layiqincə, böyük peşəkarlıqla, yoruldum demədən çalışaraq yerinə yetirdi. Eləcə də bir dövlətin güclü, qüdrətli olması üçün ən xırda siyasi detalları belə nəzərə alaraq əlindən gələn hər şeyi etdi. Ən əsası isə Ulu Öndərimiz bütün bu işləri böyük şövqlə, xalqını, dövlətini sevərək edirdi. Bu yolda heç bir təzyiqdən, təxribatdan çəkinməyərək, bütün əngəlləri və maneələri mahir ustalıqla aşaraq böyük hədəflərə doğru şərəfli bir yol aldı.

Hər bir azərbaycanlının qüruruna, iftixar mənbəyinə çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində və qəlbində daima yaşayacaq. Gələcək nəsillər bu Vətəni, bu dövləti onlara bəxş etmiş, müstəqil, suveren, demokratik, dünya siyasətində yüksək yeri və rolu olan qüdrətli Azərbaycan yaratmış Ulu Öndərini ehtiramla anacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir.

İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər aradan qaldırıldı. Təsadüfi deyil ki, Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilmişdir.

Ümummilli Liderin siyasi fəaliyyəti deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır.

Ulu Öndərin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və tərəf müqabilləri onun siyasətini birmənalı olaraq qəbul edirdilər.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. Bu baxımdan, 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır.

Xalqın  mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.

O  dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. Bu fikrin ən sadə izahı kimi müstəqilliyin ilk illərində xalqımızın başına gətirilən müsibətləri bir daha yada salmaq kifayətdir. Əgər o vaxt sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan qanlı faciələri görməz, xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlətimizin başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bütövlükdə, bu gün Azərbaycan Heydər Əliyev siyasi kursu əsasında yaşayır və irəliləyir. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər.

Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng  işlər Ona tariximizin yaddaşına əbədi həkk olunmaq, Öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi  inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Öz andına daim sadiq qalmış Ulu Öndər.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Müstəqilliyin ilk illərində Azərbaycan qaynar qazana bənzəyirdi. Sovet imperiyasının caynaqlarından böyük qurbanlar bahasına xilas olub, müstəqilliyini yenicə elan etmiş Azərbaycan nankor qonşularımızın başladığı ədalətsiz müharibəyə cəlb edilmişdi. Qətiyyətli rəhbəri, ordusu, silahı olmayan xalq hiyləgər düşmən qarşısında ağır bir durumdaydı. Ayrı-ayrı silahlı dəstələr isə vahid komandanlığa deyil, müxtəlif siyasət dəllallarının maraqlarına xidmət edirdi. Maraq isə, təəssuf ki, ölkənin ərazi bütövlüyünü qorumaq, Qarabağı erməni daşnaklarının müdaxiləsindən xilas etmək deyil, “meydan qəhrəmanları”nı hakimiyyətə gətirmək idi. Bütün ölkəni bürüyən milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gələn AXC-Müsavat iqtidarı qısa zamanda üzləşdiyi çox ciddi problemlər qarşısında aciz bir duruma düşdü. Təbii ki, dövləti meydan psixologiyası ilə idarə etmək mümkün deyildi. Onlar isə başqa yol bilmirdilər. Cəbhədə vəziyyət günügündən ağırlaşırdı. Erməni silahlıları bir-birinin ardınca Azərbaycan kəndlərini, rayonlarını işğal edirdi. Belə ağır bir vəziyyətdə Bakıda hakimiyyət davası gedirdi. Vəzifə kreslosu uğrunda mübarizə amansız xarakter almışdı.

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider qısa müddətdə idarəçilikdə əsaslı dönüş yaratdı. Çox keçmədən müxtəlif sahələri əhatə edən islahatlar nəticəsində ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar bir lider kimi hər zaman yaşayacaqdır. Onun vətən, xalq qarşısındakı misilsiz xidmətləri heç bir zaman unudulmayacaq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır. Böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyev bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilmişdir. O, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərmişdir.

İlk dəfə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olmuşdur. 30 ildən artıq müddəti əhatə edən dövrdə Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş uğurlar Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə sıx bağlı olmuşdur. Qədirbilən xalqımız öz böyük oğlunun millət naminə gördüyü möhtəşəm işlərə qiymət verərək bu dövrü çox haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi dəyərləndirir.

Bu gün hamımız Ulu öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.

Xalqımızın taleyində və müstəqil Azərbaycan Respublikasının tarixində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevi dərin ehtiram və rəhmətlə anırıq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir.

1993-cü ilin Azərbaycanına bir nəzər yetirək: hakimiyyət böhranı, ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi, parçalanma təhlükəsi, sosial-iqtisadi vəziyyətin ağırlığı və xalqın son dərəcə ağır psixoloji durumu. Bir sözlə, dövlətin məhv olması üçün hər şey ortada idi. Yüksək intellektə, parlaq zəkaya, peşəkar idarəçilik keyfiyyətlərinə sahib Heydər Əliyev xalqdan aldığı sarsılmaz dəstəklə xilaskarlıq missiyasını uğurla yekunlaşdırdı. Bu çətin, keşməkeşli, həm də şərəfli missiyanı vicdan və ləyaqətlə icra etməyi bacaran Heydər Əliyev sonsuz dərəcədə sevdiyi xalqının inamını qazanmaqla Ümummilli Lider zirvəsini fəth etdi.

1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyi təhlükə altında olanda Azərbaycan dövlətinin son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız Ulu Öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq öz Liderinə heç bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadla səs verdi. Böyük  dövlət xadimi ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, güclü iqtisadiyyatı olan, müstəqil xarici siyasətə sahib, demokratik əsaslarla qüdrətli bir dövlət qurdu.

Ulu Öndər Heydər Əliyev ilk gündən demokratiya yolunu tutdu. Vətəndaşların daxili azadlığını, sərbəstliyini, mənəvi ucalığını ali dəyər hesab edirdi. O, bu torpaq, Vətən üçün, xalq üçün doğulmuşdu, Azərbaycanın tərəqqisi, azadlığı, müstəqilliyi naminə usanmadan çalışdı. Məhz bu səbəblərdəndir ki, xalqın öz dahi oğluna sevgisi sonsuz və əbədidir.

Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.

Bugünkü güclü Azərbaycanın bütün uğurlarının kökündə Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, düşünülmüş, gələcəyə hesablanmış siyasəti dayanır. Ulu Öndərin müzəffər davamçısı Prezident cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Bu siyasi kursun layiqli davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın liderinə çevrilib. Fəxrlə deyə bilərik ki, regionda Azərbaycanın təmsil olunmadığı heç bir iqtisadi və siyasi layihənin icrasından danışmaq belə mümkün deyil.

Müdrik və qədirbilən Azərbaycan xalqı ona dövlət yaradan, bu yolda yoruldum demədən mübarizə aparan, mənalı ömrünü xalqına bağışlayan, azərbaycanlı olduğu üçün fəxarət duyan dahi Liderinin əziz xatirəsini daim uca tutur, yad edir: “Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması onun xalq və dövlət qarşısında misilsiz xidmətlərinə verilən ali dəyərin təzahürüdür. Bizim müqəddəs borcumuzdur ki, Heydər Əliyev ideyalarını hər zaman qoruyub saxlayaq, zəngin və qiymətli irsini növbəti nəsillərə ötürək. Bu irs bizim milli sərvətimizdir.

 Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki