image-qanunla-reklam
image-media-m6s9of1kr_dsc_4869-cboi8qpt4w59jhnae2gv

Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur

image-lady-day-az

Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Belə ki, Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr, yerdə qalan həcm isə Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub.
Cənub Qaz Dəhlizi”nin açılışını tarixi hadisədir. 2011-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması bir xülya olaraq görünürdü.Lakin bu gün biz Cənub Qaz Dəhlizinin reallığa çevrildiyini görürük. Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq.Azərbaycan neft-qazla yanaşı, alternativ enerji mənbələrinə böyük investisiya qoyur. Bu yaxşı göstəricidir. Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Ancaq bütün hallarda ölkəmiz tərəfindən enerji səmərəliyini Kioto protokolu və Paris sazişinin qaydalarına uyğun yerinə yetirilməsi çox vacibdir. Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar.
Nəzərə almaq vacibdir ki, Avropada qaza olan təlabat artmaqdadır, ölkələr mavi yanacağa üstünlük verməyə başlayıblar. Üstəlik Azərbaycan qazı İtaliya üçün həm qiymət baxımından çox sərfəlidir, həm də qaz kəmərinin marşrut xətti daha təhlükəsiz və etibarlıdır. Bunlarla yanaşı, ötən illər ərzində enerji sahəsində əməkdaşlıq sahəsində Azərbaycan etibarlı tərəfdaş kimi böyük etimad qazanıb. Avropa İttifaqı da bu layihəni dəstəkləyir. Azərbaycan həm də Gürcüstan, Türkiyə və İtaliya ilə enerji sahəsində sırf iqtisadi maraqlardan doğan qarşlıqlı faydalı əməkdaşlıq təcrübəsinə malikdir ki, bu da Cənub Qaz Dəhlizinin uğur qazanmasına zəmin yaradan mühüm amildir. Bu layihənin həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün mühüm əhəmiyyəti var. Azərbaycan yaxın gələcəkdə qaz ixracından böyük gəlirlər əldə etməyə başlayacaq, qaz hasilatını və ixracını artırmaq imkanları qazanacaq, iştirakçı ölkələr – Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya isə uzunmüddətli və dayanıqlı, sərfəli qiymətlərlə mavi yanacaq əldə edəcəklər. Neft hasilatı və ixracının azalması, neftin qiymətlərinin ucuzlaşdığı bir şəraitdə qaz hasilatı və ixracının tədricən artırılması ilə yeni gəlir imkanlarının əldə olunması Azərbaycan üçün çox əhəmiyyətlidir. İşğaldan azad edilmiş torpaqlarımızın qaz ehtiyacınının ödənilməsində bu lahiyənin böyük yeri olacaq.

Salmanov Rauf
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki