image-qanunla-reklam
image-media-xbrvyv1vs91pj5pjcstpo6y1i2ggk5d8nnxgapp3_1200-kgal2pzoijcefhvby1us

Azərbaycan hazırda beynəlxalq müstəvidə yeni nizamın formalaşması prosesində mühüm rol oynayan dövlətlərdən biri kimi qəbul edilir

image-lady-day-az

Azərbaycan hazırda beynəlxalq müstəvidə yeni nizamın formalaşması prosesində mühüm rol oynayan dövlətlərdən biri kimi qəbul edilir

 

Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Bu əməkdaşlıq çərçivəsində indiyədək həm ikitərəfli, həm də çoxtərəfli formatlarda çoxsaylı layihələr və təşəbbüslər həyata keçirilib. Son illərdə tərəflər münasibətlərin daha da genişləndirilməsi məqsədilə mühüm hüquqi sənədlər, sazişlər və anlaşma memorandumları imzalayaraq əməkdaşlığın möhkəm hüquqi bazasını formalaşdırıblar. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana rəsmi səfəri isə iki tərəf arasında uğurla inkişaf edən əlaqələrin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək mühüm hadisə kimi qiymətləndirilir.

Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Müasir geosiyasi şəraitdə Azərbaycan strateji əhəmiyyətli coğrafiyada yerləşməklə yanaşı, regionda təhlükəsizlik arxitekturasının formalaşdırılmasında da mühüm rol oynayır. Bakı siyasi dialoqun inkişafını, sülh danışıqlarının irəliləməsini, terrorizmə qarşı qəti mübarizəni və beynəlxalq hüququn aliliyini daim dəstəkləyir. Avropa İttifaqı və onun institutları da Azərbaycanın regionda aparıcı mövqeyini qəbul edir. Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri bu reallıqların bariz nümunəsi kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüşlər, aparılan müzakirələr və səsləndirilən bəyanatlar Azərbaycan-Aİ münasibətlərində yeni mərhələnin başlanğıcını göstərir. Bu müsbət dinamikanın əsası 2025-ci ilin may ayında Tiranada və oktyabr ayında Kopenhagendə keçirilmiş görüşlər zamanı qoyulub. Ötən müddət ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik və əməkdaşlıq mövzularında aparılan dialoqlar tərəflər arasında münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. Bütün bunlar əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli imkanlar formalaşdırıb.

Azərbaycan hazırda beynəlxalq müstəvidə yeni nizamın formalaşması prosesində mühüm rol oynayan dövlətlərdən biri kimi qəbul edilir. Bunun əsas səbəblərindən biri ölkəmizin xarici siyasətinin qlobal əhəmiyyətli prinsiplərə – bərabərhüquqlu münasibətlərə, beynəlxalq hüquqa hörmətə, ədalət və qarşılıqlı etimada əsaslanmasıdır. Məhz bu prinsiplərə sadiq siyasət nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə etibarlı və nüfuzlu tərəfdaş kimi tanınıb.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki