image-qanunla-reklam
image-272044965_407786301145130_484485133410407987_n

“AZƏRBAYCAN GƏNCLİYİ TARİXİMİZİN QÜDRƏTLİ DÖVRÜNÜN MÜƏLLİFİNƏ ÇEVRİLDİ”

image-lady-day-az

“AZƏRBAYCAN GƏNCLİYİ TARİXİMİZİN QÜDRƏTLİ DÖVRÜNÜN MÜƏLLİFİNƏ ÇEVRİLDİ”

Qanunla.Az xəbər verir ki, 2 fevral Gənclər günü münasibətilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup vətən müharibəsi iştirakçıları və istedadlı, ictimai fəal olan gənclər ilə görüş-tədbir keçirilib.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman idarəsinin, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Mədəniyyət müəssisələrinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab rayon nümayəndəliyinin rəhbəri Vüsal Yusifov, söz ustası,sənətkar Namiq Atəş və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Mərkəzdə nümayiş olunan Zərdab rayon sakini, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı, gənc rəssam Bünyamin Məhəmmədovun rəsmlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə Ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbir iştirakçılarını və bütün Azərbaycan gənclərini 2 fevral Gənclər günü münasibətilə təbrik edib və hər birinə ən səmimi arzularını bildirib.

Könül xanım ölkə başçısı cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirməsini vurğulamış, gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün gördüyü işləri diqqətə çatdırmışdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov “Gənclər Günü”nün 25 ildir ki, qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda gənclərin inkişaf etdirilməsi üçün mühüm işlər görülür. “Gənclər üçün Prezident Mükafatı” təsis edilib: “Prezident İlham Əliyev, həmçinin bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı”-deyə qeyd edib.

Tədbir zamanı Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxana filialının kitabxanaçısı Məmmədli Fəridə pianoda biri-birinin ardınca vətənpərvərlik və gənclik nəğmələri ifa edib.
Zərdab rayon Mədəniyyət Mərkəzinin Bəyimli qəsəbə Diyarşünaslıq klubunun əməkdaşı Vasif Dəmirlinin ifa etdiyi təsnif və nəğmələr tədbir iştirakçılarının musiqi zövqünü oxşadı.

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı, söz ustası, sənətkar Namiq Atəş Azərbaycan poeziyasında təbiət və gəncliyin əsrarəngiz gözəlliklərini, həmçinin Vətənin təbii, müqəddəs torpağı, ulu dağları, axar çayları, sirli meşələri, istənilən səviyyədə, yetərincə təsvir və tərənnüm olunan şerləri ilə tədbirə gözəllik bəxş edib.

Tədbirdə çıxış edən Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov cəmiyyətin inkişafında təhsilin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: “Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Bu mənada gənclərin yüksək təhsil alması, yüksək bilikli vətəndaş kimi formalaşması onların dayanıqlı inkişafında mühüm rol oynayır. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun bərpa olunması müsbət nəticələrini göstərəcək. Biz gənclərimizin Vətən müharibəsindəki şücaətinin şahidi olduq. Bu, o deməkdir ki, Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşıb”.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçısı olan Zərdablı gənclər çıxış edərək bu gün müstəqil Azərbaycan dövlətində onlara göstərilən qayğıdan, hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini söyləmişlər.

Tədbirin sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən gənclərə hədiyyələr təqdim edilib.

image-271716268_405632878025676_271474222809283277_nimage-271720621_543080506677440_6445625008386415055_nimage-271814872_687384592630817_4520414865526065374_nimage-259411059_966370063986796_5692131942406424877_nimage-272614298_3210067459318819_2616951161843125276_nimage-271946749_655191772482749_8527454052364727307_nimage-258891823_681776593008242_1313786185453805244_nimage-260347987_333029185387924_705320463372246500_nimage-271924959_662606918501449_735805603311230299_nimage-271720612_501367908083939_992287295822090471_n image-272063562_664258007939394_2912839621369234600_nimage-271720612_501367908083939_992287295822090471_n image-271877069_645298950129055_7771836605525215420_n image-272267607_282017720695394_5412000269825481941_n image-271951219_358196612803002_3174661009265825453_nimage-272086965_1005062190081924_4698951235821928798_n image-272046247_1299469183854551_3014029210080357390_n image-272122539_906742213353232_101954937663893913_n image-272289602_293909359387363_8658232361054418387_n image-272262725_330510812151796_5067463282263790413_n image-271922871_270196355224382_8035500344176603119_n image-272472275_993538784702800_6446374686611740161_n image-272395162_1315108185640191_3419193294218944927_n image-272018533_1585299171828266_8351132315569534621_n image-272026871_625950461990257_7855690543689867324_n image-272781194_354255899606747_6742565395837475993_n image-273073365_513814316708083_2582727450386389970_n image-272196194_240920508243666_7632479638739399071_n image-272150853_709483830044009_8354575063349545408_n image-271890345_1018199278733296_1317485254569380124_n image-272159398_1886915654830825_2942502476995087887_n image-271653341_1121999878551780_1730422787077831748_n image-271305760_267846122139271_6870727875896216329_n image-271470004_312374054276436_3529274347476498550_n image-271653341_1121999878551780_1730422787077831748_n image-271961728_1137364003734277_8913677676599345361_n image-272044965_407786301145130_484485133410407987_n image-271886062_2806355309660259_7365294265931171790_n

Vüqar Rəhimov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki