image-qanunla-reklam
image-247688

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir

image-lady-day-az

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir

Ulu Öndər Heydər Əliyev milli ideyamızı formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirdi, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi müəyyənləşdirdi. Ulu Öndər azərbaycançılıq ideologiyası əsasında dövlətçiliyin qorunmasını, milli dövlətin gücləndirilməsini strateji prioritetlərdən biri kimi diqqətə təqdim etdi. Bu, gənclərin milli ideologiyanın təməl prinsipləri əsasında – milli ruhda və vətənpərvərlik ideyası əsasında tərbiyə edilməsidir. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu məsələni xüsusi olaraq diqqət mərkəzində saxlayıb.

Ulu Öndər hələ ötən əsrin 70-ci illərində – sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə 15 mindən çox gəncin Sovet İttifaqının tanınmış təhsil ocaqlarında təhsil almalarına nail oldu. 1993-cü ildə müstəqil Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət sonra gənclərlə görüşdü, onların problemləri ilə maraqlandı. 1994-cü ildə Ümummilli Liderin müvafiq Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı ildə isə Azərbaycan gənclərinin Birinci forumu keçirildi. Forumda geniş nitq söyləyən Ulu Öndər ölkə gənclərinin inkişaf istiqamətlərini müəyyənləşdirdi. Forumdan sonra gənclərə dövlət qayğısı daha da artırıldı, eyni zamanda, onlar mühüm dövlət vəzifələrinə irəli çəkildi. Həmçinin Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı.  Ümummilli Lider Heydər Əliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə daha bir strateji əhəmiyyətli addım atdı, bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamların imzalanması, Dövlət proqramlarının qəbul edilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki