image-qanunla-reklam
image-1772522779_333b55105f04dc8539181013c06ccad9

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

image-lady-day-az

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.

 

Müasir dövrdə enerji təhlükəsizliyi beynəlxalq münasibətlərin əsas prioritet istiqamətlərindən biridir. Enerji resurslarının hasilatı ilə yanaşı, onların təhlükəsiz və fasiləsiz nəqli də qlobal sabitlik üçün həlledici rol oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız enerji istehsalçısı və ixracatçısı deyil, eyni zamanda etibarlı tranzit ölkə kimi də mühüm mövqeyə sahib olmuşdur.
Azərbaycan bu gün Xəzər hövzəsində yerləşən ölkələr üçün mühüm enerji körpüsü rolunu oynayır. Xüsusilə Qazaxıstan və Türkmənistan üçün neftin beynəlxalq bazarlara çıxarılmasında ölkəmizin infrastrukturu əhəmiyyətli rol oynayır. Azərbaycanın mövcud boru kəməri sistemi vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Bu fakt Azərbaycanın enerji tranziti imkanlarının genişlənməsini və regionda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini göstərir.

Xəzər dənizinin şərq sahillərindən daha çox neft qəbul etmək üçün Azərbaycan kifayət qədər infrastruktura malikdir. Bu isə gələcəkdə tranzit həcmlərinin artmasına və ölkəmizin qlobal enerji xəritəsində rolunun daha da güclənməsinə şərait yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu onu regionun əsas enerji qovşaqlarından birinə çevirib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri ilə məhdudlaşmır.

Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan, eyni zamanda beynəlxalq enerji bazarlarında da fəal iştirak edir. Bu baxımdan Türkiyədə 870 meqavat gücündə olan ən böyük elektrik stansiyalarından birinin əldə edilməsi strateji əhəmiyyət kəsb edir. Bu addım Azərbaycanın regional enerji bazarındakı mövqeyini gücləndirməklə yanaşı, enerji aktivlərinin coğrafiyasını da genişləndirir. Bununla yanaşı, Serbiya ilə 500 meqavat gücündə elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması Azərbaycanın Avropada enerji layihələrində iştirakının yeni mərhələyə keçdiyini göstərir. Bu layihələr təkcə iqtisadi xarakter daşımır, eyni zamanda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də digər dövlətlərin enerji infrastrukturuna sərmayə yatıran strateji tərəfdaşdır.

Azərbaycanın Avropada enerji sektorunda mövqeyini gücləndirən mühüm amillərdən biri də İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunmasıdır. Bu müəssisələr Avropa bazarında neft məhsullarının sabit və davamlı təchizatına mühüm töhfə verir. Əgər Türkiyənin Egey dənizi sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də nəzərə alsaq, Aralıq və Egey dənizləri hövzəsində ümumilikdə 22 milyon tonluq emal potensialı formalaşır. Bu geniş neftayırma imkanları Azərbaycanın enerji dəyər zəncirində yalnız xammal ixracatçısı deyil, həm də yüksək əlavə dəyər yaradan iştirakçı kimi mövqeyini möhkəmləndirir. Emal müəssisələri vasitəsilə istehsal olunan neft məhsulları minlərlə yanacaqdoldurma stansiyası şəbəkəsi vasitəsilə istehlakçılara çatdırılır. Bu isə enerji bazarında şaxələndirilmiş və dayanıqlı modelin formalaşmasına xidmət edir.
Azərbaycanın həyata keçirdiyi enerji strategiyası uzunmüddətli və çoxşaxəlidir. Bu strategiya yalnız hasilatın artırılmasını deyil, eyni zamanda nəqliyyat, emal və paylama mərhələlərinin də inkişafını əhatə edir. Nəticədə Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş və mühüm aktor kimi çıxış edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırır, iqtisadi potensialını genişləndirir və ölkəmizi regionun aparıcı enerji mərkəzlərindən birinə çevirir. Enerji layihələri eyni zamanda siyasi sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Tranzit imkanlarının genişləndirilməsi, xarici ölkələrdə enerji aktivlərinin əldə olunması və neftayırma potensialının artırılması ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını açıq şəkildə nümayiş etdirir. Bu isə Cənab Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü enerji siyasətinin parlaq nəticəsidir.

 

Zərdab şəhər sakini Cavid Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki