image-qanunla-reklam
image-529861055_1310176883795420_299282271910419308_n

Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur

image-lady-day-az

Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur.

Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirilir. Səfər, həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqi oldu. Vaşinqtonda aparılan müzakirələrin nəticələri, imzalanan sənədlər yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə işıq saldı. Ağ Evdə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ölkəmiz və regionumuz, eləcə də dünya üçün çox vacib, tarixi əhəmiyyət kəsb etdi. Bu görüş regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan mühüm addımdır.

Dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində atılan addımların xronologiyasına diqqət yetirməklə bir daha Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun, söz sahibliyinin şahidinə çevrilir və bundan hər kəs böyük qürur hissi keçirir: “İmzalanan sənədlər arasında dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”u da xüsusi qeyd etməliyik. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satşa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.  “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Təxminən 5 ilə yaxındır ki, Ermənisan məsələni yubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gedişə nail olur.

Dövlət başçısı İlham Əliyevin liderliyi ilə formalaşan yeni Qafqaz reallığı beynəlxalq səviyyədə təqdir edilir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, “ExxonMobil”la əməkdaşlıq Azərbaycanı enerji təminatçısından regional güc mərkəzinə çevirmək istiqamətində mühüm addım kimi dəyərləndirilir.  Bu, regionun inkişafına, sabitliyinə, beynəlxalq inteqrasiyasına böyük töhfə verəcək.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki