image-qanunla-reklam
image-media-7f54db3da354ed7858827918dd2b5ef4-jpg-hgmiarzpf814blw5seuo

Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs

image-lady-day-az

Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs.

Azərbaycan xalqı daim dili, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanınmış və onların daha da inkişaf etdirilməsi istiqamətində addımlar atmışdır. Əbəs yerə deyilmir ki, bir xalqı məhv etmək istəyirsənsə onun dilini əlindən al. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəyə hesablanmış, milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində oldu. Onun fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqelərə çıxması, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin nəticələridir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən Ümummilli Lider ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytardı.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki